Simptomlar

Qəbizlik

Qəbzlik həzm sistemində tezt-tez rast gəlinən pozulmadır. Bir-çox hallarda bağırsaqlarda qidadan çox su sorulması nəticəsində yaranır.  Qida bağırsaqda nə qədər yavaş hərəkət edərsə, bağırsaq o qədər çox su sorur, nəticədə nəcis kütləsi quru və sərt formalaşır. Belə halda bağırsağı boşaltmaq çətinliklə baş verir.

Mümkün səbəblər

  • Qidada liflərin çatışmazlığı
  • Fiziki hərəkətsizlik
  • Bəzi dərman maddələri
  • Süd və süd məhsulları
  • Hamiləlik
  • Yaşlanma
  • İşlədicilərin həddən çox istifadəsi
  • Yetərincə su içilməməsi
  • Yoğun bağırsaqlarda çapıq toxumasl, divertikul, bağırsağın daralması
  • Bağırsağın hərəkətini yavaşıdan xəstəliklər: hipotireodizm, diabet, qırmızı qurdeşənəyi, skleroderma, xərçəng, Parkinson xəstəliyi,  dağınıq skleroz və s.

 Uşaqlarda qəbizlik

Uşaqlarda qəbizlik, həzm sistemi problemləri səbəbiylə defekasiyanın çətinləşdiyi və nizamsızlaşdığı vəziyyətə aiddir. Qəbizlik uşaqlar arasında çox yaygın bir problemdir və bir çox fərqli səbəb ola bilər.

Müalicə

Bir-çox hallarda qəbzlik sağlamlıq üçün bir təhlükə olmadan öz-özünə keçib gedir. Təkrarlanan qəbzliyin müalicəsi əsasən həyat tərzini dəyişməklə, yəni daha çox aktivlik, lifli qida qəbulu, çoxlu maye qəbulu ilə həyata keçirilir.

İşlədici dərmanlar qəbzlik hallarının çoxunu uğurla müalicə edirlər, lakin yadda saxlamaq lazımdır ki, belə dərmanlar diqqətlə və yalnız məcbur olduqda istifadə olunmalıdır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi