“Evinizdə müayinə” xidməti çərçivəsində: Laborator analizlərin götürülməsi, Elektrokardioqramma, USM xidməti, Terapevt və pediatr həkimin müayinəsi icra edilir.
1. www.saglamaile.az saytının “Evə çağırış” bölməsində aşağıda göstərilən məlumatları daxil edərək qeydiyyatdan keçin:
- Xidmətdən istifadə edəcək pasiyent haqqında şəxsi məlumatlar (ad,soyad, ata adı, doğum tarixi, şəxsiyyəti təsdiq edən sənədin seriya nömrəsi, elektron poçt ünvanı, əlaqə nömrəsi);
- İstifadə olunacaq müayinələrin adları;
- Prosedur briqadasının çağırılma vaxtı və günü.
2. Məlumatları daxil edib qeydiyyatdan keçdikdən sonra sifariş qəbul olunur və evə çağırış briqadasının dispetçeri müayinələrin spektrini dəqiqləşdirmək üçün Sizinlə əlaqə saxlayır.
3. Eyni zamanda, Sağlam Ailə Tibb Mərkəzinin Çağrı Mərkəzi (012) 910 və ya (012) 440-13-00 nömrəsi ilə əlaqə saxlayaraq, Evə çağırış xidmətindən istifadə üçün qeydiyyatdan keçə bilərsiniz.
QEYD: Hər hansı bir səbəbdən sifarişi ləğv etmək istəyən zaman, qeydiyyatdan keçdiyiniz gün saat 20.00-dək (012) 910 nömrəsinə zəng edərək sifarişinizi ləğv edə bilərsiniz.