- Koproloji müayinəyə materialın toplanmasından öncə təmizləyici və müalicəvi imalələr etmək, işlədici preparatlar, aktivləşmiş kömür, Fe, Cu, Bi preparatları, yağ tərkibli şamlardan istifadə etmək olmaz.
- Material kolonoskopiya, mədə-bağırsaqların rentgenoloji müayinəsindən ən az 2 gün sonra toplanmalıdır.
- Materiala sidik və menstrual qanın qarışması yolverilməzdir.
- Nəcis birdəfəlik, steril, hermetik qapaqlı konteynlərə yığılır.
- Sidiyin və xarici cinsiyyət orqanların ifrazatının nəcisə qarışmasına yol vermək olmaz.
- Material götürüldükdən sonra 2 saat ərzində klinikaya catdırılmalıdır (Nümunələr götürüldükdən 8 saatdan çox olmamaq şərtilə ilin soyuq vaxtlarında sərin yerdə, isti vaxtlarda soyuducuda +4-8 ºC temperaturda saxlanıla bilər, lakin bu hallarda götürülmə vaxtı bildirilməlidir.)
- Nəcisdə qurdların təyini zamanı nəcis 2 saatdan gec olmayaraq klinikaya çatdırılmalıdır
- Qurd müayinəsi üçün analizi 1-2 gün arayla 3 dəfə vermək məsləhətlidir .Amebiazın təyini üçün 6 dəfə verilməsi məsləhətdir.
Sağlam cavab