Sağlam cavab

Nəcisin ümumi analizi üçün necə yaxınlaşmalı?

  • Koproloji müayinəyə materialın toplanmasından öncə təmizləyici və müalicəvi imalələr etmək, işlədici preparatlar, aktivləşmiş kömür, Fe, Cu,  Bi preparatları, yağ tərkibli şamlardan istifadə etmək olmaz.
  • Material kolonoskopiya, mədə-bağırsaqların rentgenoloji müayinəsindən ən az 2 gün sonra toplanmalıdır.
  • Materiala sidik və menstrual qanın qarışması yolverilməzdir.
  • Nəcis birdəfəlik, steril, hermetik qapaqlı konteynlərə yığılır.
  •  Sidiyin və xarici cinsiyyət orqanların ifrazatının nəcisə qarışmasına yol vermək olmaz.
  • Material götürüldükdən  sonra  2 saat ərzində klinikaya catdırılmalıdır (Nümunələr götürüldükdən 8 saatdan çox olmamaq şərtilə ilin soyuq vaxtlarında sərin yerdə, isti vaxtlarda soyuducuda +4-8 ºC temperaturda saxlanıla bilər, lakin bu hallarda  götürülmə vaxtı  bildirilməlidir.)
  • Nəcisdə qurdların təyini zamanı nəcis 2 saatdan gec olmayaraq klinikaya çatdırılmalıdır
  • Qurd müayinəsi üçün analizi  1-2 gün arayla 3 dəfə vermək məsləhətlidir .Amebiazın təyini üçün 6 dəfə verilməsi məsləhətdir.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi