Antimitoxondrial antikorlar, qısaca AMA, mitoxondrial membranın komponentlərinə qarşı yönəlmiş autoantikorlardır.
Antimitoxondrial antikorlar mitoxondriyaya, yəni piruvat dehidrogenaza antigen kompleksinə qarşı yönəlmiş immun sisteminin antikorlarıdır.
Antimitoxondrial antikorlar 9 alt tipə bölünür (AMA-M1-dən AMA-M9). Alt tipdən asılı olaraq müxtəlif xəstəlik assosiasiyaları məlumdur. Anti-M2, -M4, -M8 və -M9 antikorları xüsusi olaraq qaraciyər hüceyrələrinin mitoxondriyalarına qarşı yönəldilir və autoimmun xəstəlik olan "ilkin biliyar xolangit" (PBC) zamanı ən kiçik öd yollarının məhv edilməsi ilə əlaqələndirilir.
AMA-M2 (budaqlanmış zəncirli alfa-keto turşusu dehidrogenaz kompleksi) - ilkin biliar sirrozun diaqnostikası üçün ferment immunoanalizi ilə insan zərdabında mitoxondrial antigen M2 alt növünə qarşı IgG antikorlarının kəmiyyətcə müəyyən edilməsi üçün nəzərdə tutulub.
Hansı xəstəliklərdə müşahidə olunur:
- Birincili biliar sirroz və xolangit(antikorlar PBC olan insanların 95%-ində aşkar edilir)
- Kollagenoz və antifosfolipid sindromu
- Xroniki aqressiv hepatit
- Sistemik skleroz və qırmızı qurd eşǝnəyi
- Sifilis
- Hepatomeqaliya.