İshal (diareya)- infeksion və qeyri-infeksion olmaqla iki qrupa bölünür. İnfeksion ishallar müxtəlif bakteriya, virus və parazitlər tərəfindən törədilir. Davam etdiyi müddətdən asılı olaraq ishal kəskin (<14 gun) və xroniki/persistensiyaedici (>14gün) ola bilər.
KƏSKİN İSHALI YARADAN ƏN GENİŞ YAYILMIŞ MİKROORQANİZMLƏR:
- Norovirus
- Rotavirus
- Adenovirus
- Sapovirus
- Astrovirus
- Samonella spp
- Shigella spp
- Campylobacter spp
- Şiqayabənzər toxini olan E.Coli
- EİEC/EPEC/ETEC/EHECO157:H7 (Enteroinvaziv/Enteropatogen/Enterotoxigen/Enterohemorraqik Escherichia coli)
- Yersinia spp
- Vibrio spp
- E. Histolytica
İSHAL ZAMANI HANSI HALDA LABORATOR MÜAYİNƏLƏRAPARILMALIDIR?
Kəskin ishal əksər hallarda virus mənşəli olduğu üçün ilkin diaqnozunun qoyulması tələb olunmur və öz-özünə sağalma müşahidə olunur. Lakin aşağıdakı vəziyyətlərdə kəskin ishal zamanı nəcis nümunəsinin yoxlanılması zəruridir :
1. Ciddi əlamətlər:
- Uzunsürən ishal
- Qanlı ishal
- Sistem xəstəliyi ilə əlaqəli olan ishal
2. Xəstə anamnezi:
- Zəifləmiş immun status
- Xaricdən qayıtmış səyahətçi (səyahət ishallarının araşdırılmas üçün)
- Xəstəxanada yatan xəstə
3. İnfeksion sıçrayış təyini
İshal zamanı hansı laborator analizlər verilməlidir?
- NƏCİSİN ƏKİLMƏSİ+ANTİBİOTİKLƏRƏ HƏSSASLIQ: Salmonella spp və Shigella spp. rutin nəcis əkilməsində axtarılmalıdır. Əkilmə metodu bu bakteriyalar üçün həmişə qızıl standartdır.
- KBİ PZR METODU: Bu testin köməkliyi ilə vaxt itirmədən tək nəcis nümunəsində ishal yaradan ən geniş yayılmış virus və bakterial törədicilər (Norovirus,RotavirusAdenovirus,Astrovirus,Samonella spp, Shigella spp, Campylobacter spp, Şiqayabənzər toxini olan E.Coli ) axtarılır.
- NƏCİSİN MİKROSKOPİYASI : kəskin ishal törədən parazitlərin xüsusilə dizenteriya amobu kimi tanıdığımız Entamoeba Histolytica nın ilkin təyini üçün aparılır. Entamoeba Histolytica təsdiqi isə antigen testləri ilə qoyulur.