Tənəffüs paneli 35 allergen

260 Azn

Həyat keyfiyyətini ciddi şəkildə aşağı salan və bəzən həyati təhlükəsi olan ölçülərə çatan allergiya, bədənimizin zərərsiz yad maddələrə qarşı anormal reaksiyasıdır.Tənəffüs yollarına təsir edən allergiyalar asqırma, burun axması və ya tıxanma, burunda qaşınma və ya yanma hissi, gözlərin qızarması və sulanması, nəfəs almaqda çətinlik, quru öskürək və xırıltıya səbəb ola bilər. Bu simptomlara səbəb olan allergeni aydınlaşdırmaq üçün  Tənəffüs paneli (ən çox görülən 35 allergen) istifadə olunur.

  • Son qida qəbulundan 2 saat sonra.
  • Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
  • Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
  • asqırma
  • burun axması
  • burun tıxanıqlığı
  • burun boşluğunda qaşınma
  • boğazda qıcıqlanma
  • öskürək kimi yuxarı tənəffüs yolları şikayətləri.
  • halsızlıq
  • baş ağrısı 
  • miqren kimi ümumi şikayətlər olduqda.

Analiz nəticələri həkim tərəfindən qiymətləndirilir.  

Kompleks panellərdə nəticə müsbət olduğu hallarda, qarışığın tərkibini bir-bir təhlil etmək tövsiyə olunur.