Transferrin doyma əmsalı

36 Azn

Transferrin doyma əmsalı və ya saturasiyası- nə qədər serum dəmirinin transferrin adlanan zülala bağlandığını bildirir. Məsələn, insanda bu dəyər 20%-dirsə, bu o deməkdir ki, transferrin zülalının bağlanma yerlərinin 20%-i dəmirlə bağlıdır.Transferrin saturasiyası yüksək olduqda, bədəndə həddindən artıq dəmir yığılması olduğu düşünülür. Bu o deməkdir ki, transferrin doyma nöqtəsindən daha çox dəmir daşıyır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.

Transferrin doyma dərəcəsi yüksəldikdə bədəndə görülən dəyişikliklər:

  • Qarın ağrısı, oynaq ağrıları
  • Zəiflik, gücsüzlük
  • Döş qəfəsində ağrılar
  • Dərinin rənginin qaralması, bozarması
  • Cinsi performansın zəifləməsi və istəksizlik
  • Bədəndə olan tüklərin tökülməsi

Bədəndən dəmir itkisi olduqda və ya dəmirə ehtiyac artdıqda görünən simptomlar:

  • Konsentrasiya problemi
  • Əllərdə və ayaqlarda uyuşma və soyuqluq
  • Gərginlik və əsəbilik
  • Saç tökülməsi və ağarması
  • Solğun dəri
  • Yorğunluq və zəiflik
  • Pika sindromu (torpaq və buz kimi maddələr yemək istəyi)
  • Ürəkdə nizamsız döyüntülər

Transferrin doyma əmsalı artır:

  • Hemoxromatoz
  • Xroniki iltihabi xəstəliklər
  • Mədə-bağırsaq sisteminin bədxassəli şişləri
  • Çoxsaylı Miyelom
  • Atransferrinemiya
  • Sümük iliyi xərçəngi

Transferrin doyma əmsalı azalır:

  • Dəmir çatışmazlığı anemiyası
  • Hamiləlik
  • Kəskin iltihabi xəstəliklər
  • Qeyri-düzgün qidalanma
  • Şiddətli menstrual qanaxma
  • Həddindən artıq kofein və çay istehlakı.