Аполипопротеин В (Apolipoprotein B)

0 Azn

Apolipoprotein B aşağı sıxlıqlı lipoproteinlərin tərkibinə daxil olan plazma zülalıdır. Apo B konsentrasiyasının artması ürək-damar xəstəliklərin yüksək risk olduğunu göstərir. Apolipoproteinlər-lipoproteinlərin əsas quruluş komponetləridir.Lipoproteinlər vasitəsi ilə qanda lipidlərin nəqliyyatı həyata keçirilir.İnsanlarda iki növ apolipoprotein B ayırırlar:

Apo B-100-qara ciyərdə sintez olunan lipoproteinlərdə qeyd olunur,və lipoproteinlərin bütün aterogen fraksiyalarda yer alır(ASL,ÇASL,aralıq sıxlıqlı lipoproteinlərdə,və lipoproteində).Apo B ÇASL sintezi üçün istifadə olunur.Öz növbəsində ÇASL,xolesterol ilə zəngin ASL-ə keçir.

Apo B-48-bağırsaqlarda sintez olunur,və xilomikronların vacib hissaəsi kimi qiymətləndirilir.Apo B-48 vasitəsi ilə lipidlər bağırsaqlardan qara ciyərə nəqliyyat olunurlar.

Apolipoproteinin sintezi,və onun xilomikronların və ÇASL tərkibinə daxil olması,bu hissəciklərin qan dövranına keçməsi üçün çox vacibdir.Bu onların həll olunmasının,və nəqliyyatını asanlaşdırır,və nəticədə arteriyaların divarlarında toplanmağa kömək edir.

Ondan əlavə,apo B ASL-in  hüceyrələrin membranalarında yer alan spesifik reseptorlar ilə tanınmasında və bağlanmasında əsas rol oynayır.Belə hüceyrələr praktiki olaraq orqanizmin bütün hüceyrələrdə var(sinir sistemin hüceyrələrindən,və eritrositlərdən başqa). Apolipoprotein B-100 müayinəsi,qanda ASL konsentrasiyasını əks etdirir,və ürək-damar xəstəliklıərin formallaşmasının riskinin qiymətləndirilməsi üçün,ASL nisbətən daha dəqiq laborator göstəricidir.

Apo A1 və apo B birgə müayinəsi,və apo B/apo A1 nisbətinin hesablanması,lipid mübadiləsinin pozulması,aterosklerozun,və ürəyin işemik xəstəliyin inkişaf etməsinin riskini əks etdirir.Apo A1 yüksək miqdarda,və apo B az miqdarda olması bu xəstəliklərin aşağı riskli olmasını ən dəqiq korrelyasiya edir.

Apo B/Apo A1 nisbəti koronar damarların formallaşmasının riskinin artması,kişilərdə >0.9,qadınlarda >0.8 zamanı qeyd olunur.Apo A-1/Apo B nisbəti isə >1.1 məsləhət görülür.Nisbətinin artması ürək-damar xəstəliklərin formallaşmasının riskini azaldır.Nisbətinin azalması isə riski artırır.

Apo B qanda artması,apolipoprotein B genenin mutasiyası nəticəsində,onun tanınması,və ASL çıxarılması çətinləşir.Bu səbəbdən apo B qan dövranında dövr etməsi davam edir,və aterosklerozun əmələ gəlməsinin riskini artırır.Apo B-kəskin faza züıaıədər,bu səbəbdən müxtəlif kəskin xəstəliklərdə onun səviyyəsi artır.

  • Müayinəyə 12 saat qalmış(minimal 8 saat,və 14 saatdan çox olmammaq şərti ilə) qidanı qəbul etməmək
  • Fiziki və emosional gərginliyi aradan qaldırmaq.
  • Müayinəyə 30 dəqiqə qalmış siqaret çəkməmək.
  • Müayinə üçün biomaterial:Venoz qan

Koronar damar xəstəliklərin riskin qiymətləndirilməsi

Lipid mübadiləsinin irsi pozulmasının diaqnostikası

Ürək-damar xəstəliklərin və onun fəsadların inkişaf etməsinin riskini qiymətləndirilməsi

Apolipoprotein B/apolipoprotein A1 əmsalın hesablanması üçün.Aterogenlik əmsalın yerinə və yaxud bir yerdə hesablanıla bilər.Ürək-damar xəstəliklərin inkişaf etməsinin riskini qiymətləndirilməsi məqsədi ilə.

Xolesterolun yüksək səviyyədə aşkar olunmasından sonra

Xəstənin cavan yaşlarında ürək-damar xəstəliklərin və onu fəsadların olduğu təqdirdə

Apolipoprotein B çatışmazlığı və yaxud artıqlığı şübhəsi olduğu təqdirdə.

Əgər xəstənin qohumlarında cavan yaşlarında ürəyin işemik xəstəliyin halları,və yaxud hiperlipidemiya qeyd olunub.Xüsusilə triqleseridlərin artması zamanı aktualdır,ASL nəticələrin interpritasiyasının qiymətləndirilməsini çətinləşdirməsinin səbəbindən.

 

Əgər əvvəlki müayinələr ürək-damar xəstəliklərin inkişafının yüksək riskli olmasını göstərib,əgər zəstə heyvan mənşəli yağların olması ilə kasıb dieta saxlayır,və yaxud hipolipidemik preparatlar(statinlər) qəbul edir(lipidlərin məqsədli səviyyəsinə çatıb çatmamasının qiymətləndirilməsi məqsədi ilə).

Risk faktorlara aşağıdakılar aiddir:

 

-Kişilərdə 45 yaşdan,qadınlarda 55 yaşdan yuxarı

-Arterial təzyiqin yüksələnməsi(> 140/90 mm.cs)

-Yaxın qohumlarda xolesterin yüksək olması,və yaxud yaxın qohumlarda ürək-damar xəstəlikləri(kişilərdə 55 yaşdan,qadınlarda 65 yaşdan cavan)

-Şəkərli diabet,və bədən kütləsinin artması

-Alkoqolun qəbulu,böyük miqdarda heyvan mənşəlik qidanən qəbulu.

 

Apolipoprotein B artması

Apolipoprotein B azalması

-Ailəvi hiperxolesterinemiya,

-Hiperapobetalipoproteinemiya(ASL-normada,

Apo B-artıb)

-Hiperlipoproteinemiya II,IV,V tip

-Ailəvi kombinasiyalı hiperlipidemiya

-Ailəvi apo B-100 çatışmazlığı

-Ürəyin işemik xəstəliyi,nefrotik sindrom

-Ateroskleroz,koronar damarların zədələnməsi,miokardın infarktı

-Şəkərli diabet,hipotireoz

-Qara ciyər xəstəlikləri,öd axarın obliterasiyası,xolestaz(hepatit,sirroz,öd daşları)

-İsenko-Kuşinq sindromu,porfiriya

-Xroniki böyrək çatışmazlığı

-Poligen(sporadik) hiperxolesterinemiya

-Hamiləlik(analiz ən azı doğuşdan 6 həftə sonra aparmağa məqsədəuyğun hesab olunur).

-Siqaretçəkmə

-Piyləmə,

-Az hərəkətli həyat tərzi

-Doymuş yağlar və xolesterol ilə zəngin qida qəbulu

Dərman preparatları:anabolik steroidlər, androgenlər,sidik qovucu preparatlar, katexolaminlər,qlükokortikoidlər,proqestinlər, beta-adrenoblokatorlar,siklosporin.

-Abetalipoproteinemiya(nadir genetik xəstəlikdir.Apo B sintezi pozulu.ASL və ÇASL səviyyəsi azalır)

-Ailəvi hipobetalipoproteinemiya

-Hipertireoz

-Qara ciyər xəstəlikləri

-Malabsorbsiya sindromu

-Xroniki anemiyalar,

-Ağır hepatosellyular disfunksiyalar

-Oynaqların iltihabı xəstəlikləri

-Miyelom xəstəliyi

-Yoluxucu xəstəliklər,və iltihab prosesi

-Kompensasiya olunmayan şəkərli diabet

-Ağır yanıqlar

-Alkoqolizm

-Uzun müddət ac qalma

-İntensiv fiziki iş

-Xolesterol və doymuş yağ turşuları ilə kasıb,və polidoymamış yağ turşuları ilə zəngin dieta

-Menopauza

-Bədən kütləsinin azalması

-Dərman preparatları:statinlər,fibratlar, fenobarbital,oral kontraseptivlər,tiroksin, estrogenlər,xolestiramin