Alüminium, bədəndə toplandığı zaman sinir və sümük toxumasına toksiklik nümayiş etdirən təbiətdə ən çox yayılmış metaldır. Normalda sümük toxumasında, ağciyərlərdə, qaraciyərdə və beyində az miqdarda olur, ancaq insan fiziologiyasında əhəmiyyəti tam olaraq müəyyən edilməmişdir. Alüminium intoksikasiyası kəskin və ya xroniki ola bilər. Hər iki növ zəhərlənmənin diaqnozu üçün sidikdə və qanda alüminiumun konsentrasiyası müəyyən edilir - onun bədəndəki ümumi miqdarını əks etdirdiyinə inanılır.

  • Analizdən  2-3 saat əvvəl yemək yeməyin, qazsız təmiz su içə bilərsiniz.
  • Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
  • Uzun müddət antasidlər qəbul edən və ya parenteral qida qəbul edən bir xəstənin bədənində alüminium balansını qiymətləndirmək.
  • Alüminium istehsalı və ya istifadəsi ilə məşğul olan işçilərdə kəskin ("metal temperatutru") və ya xroniki alüminium zəhərlənməsi diaqnozu üçün
  • xroniki alüminium zəhərlənməsi (periferik neyropatiya, yaddaş və konsentrasiya pozğunluğu, yuxu pozğunluğu, emosional labillik və motivasiya olunmamış zəiflik);
    kəskin alüminium zəhərlənməsi (öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, nəfəs darlığı, hərarət, halsızlıq, mialgiya).

Qanda miqdarının yüksəlməsi

  • kəskin və ya xroniki alüminium zəhərlənməsi;
  • alüminium tərkibli antasidlərin (alüminium hidroksid) son qəbulu;
  • antasidlərdən və ya tamponlanmış aspirindən uzun müddət sui-istifadə;
  • uzunmüddətli ümumi parenteral qidalanma;
  • alüminium tərkibli protez hissələrinin aşınması