Valproat turşusu (Valproic acid)

40 Azn

Dərman monitorinqi, güclü təsirli preparatların optimal dozasının müəyyən edilməsi və ya dozalarının tənzimlənməsi məqsədilə aparılır.

Valproat turşusu — əsasən epileptik tutmaların şiddətini və tezliyini azaltmaq üçün istifadə olunan preparatdır. Bu preparat fenitoin və ya fenobarbital kimi digər antiepileptik preparatlarla birlikdə də təyin oluna bilər. Valproat turşusunun qandakı səviyyəsi dar terapevtik intervalda saxlanılmalıdır.

Valproat turşusuna dair analiz preparatın qandakı miqdarını ölçmək və konsentrasiyanın terapevtik diapazonda olub-olmadığını müəyyən etmək üçün istifadə olunur.

Təyin edilmiş preparat dozası qan analizinin nəticələrinə əsasən artırıla və ya azaldıla bilər. Bu test, terapevtik konsentrasiyanın qanda saxlanmasını təmin etmək məqsədilə mütəmadi aralıqlarla və ya lazım olduqda istənilə bilər.

  • Qan analizinin səhər saatlarında acqarına və ya son qida qəbulundan 2–4 saat sonra verilməsi tövsiyə olunur.
  • Qazsız və şəkərsiz su içilməsinə icazə verilir.
  • Analizdən əvvəlki gün ərzində  ağır və yağlı qidalardan uzaq durmaq lazımdır.

Referens dəyərlər: 40 – 100 mkq/ml