Yumurtalıq xərçəngi və onun metastazlarının əsas onkomarkeridir.

 Xüsusilə yumurtalıq xərçənglərinin təqibində istifadə edilən indikatordur. Bundan əlavə  bəzi xoşxassəli hallarda (hamiləlik, menstruasyon,  peritoneal və ya plevral iltihabı, yumurtalıq kistləri, endometrioz) CA 125 səviyyəsi artır. Yumurtalıq xərçənginin I mərhələsində  markerin miqdarı demək olar ki, dəyişmir. Xəstəliyin II, III, IV mərhələsində artıq yüksəlir. Remissiya dövründə göstərici sıfıra yaxınlaşır. 

Müalicə fonunda CA 125-in yüksəlməsi şişin inkişaf etdiyini və müalicəyə pis reaksiya verdiyini göstərir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz son qida qəbulundan azı 4 saat sonra verilməlidir.
  • Xəstəliyiin gedişinin monitorinqi
  • Yumurtalıq xərçənginin müalicəsinin effektliyinin qiymətləndirilməsi və metastazların klinik əlamətlər  yarananadək aşkarlanması

CA 125 səviyyəsinin yüksəlməsi

  • Yumurtalıq xərçəngi (80% hallarda)
  • Uşaqlıq xərçəngi
  • Endometrium xərçəngi
  • Süd vəzi xərçəngi
  • Mədəaltı vəzi xərçəngi
  • Düz bağırsaq xərçəngi
  • Ağciyər xərçəngi
  • Qaraciyər xərçəngi
  • Uşaqlıq artımlarının iltihabi prosesləri
  • Peritonit, plevrit
  • Xroniki hepatit, sirroz, xroniki pankreatit
  • Autoimmun xəstəliklər