Калий (К+, Potassium)

13 Azn

Kalium - hüceyrədaxili mayenin əsas kationudur. Hüceyrədaxili osmotik təzyiqi requlə edir, qlikoliz fermentlərini n aktivliyini stimulə edir, zülal metabolizmində iştirak edir, sinir və əzələ hüceyrələrində təsir potensialının yaranmasında çox vacib rol oynayır.  İmmunomoduləedici aktivliyə malikdir.

Qan plazmasında kaliumun miqdarı onun  daxil olması və xaric olması proseslərinin tarazlığından asılıdır.  Orqanizmdə kalium deposu yoxdur, ona görə də hüceyrədaxili miqdarı dəyişən kimi bu dəyişiklik özünü plazmada da göstərir.  Hüceyrələr tərəfindən kaliumun tutulması insulinlə stimulə edilir, həmçinin katexolaminlər, aldosteron təsirindən güclənir.  Qanın Ph-nın dəyişməsi hüceyrələrdə K+ dəyişməsinə gətirib çıxarır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Analiz səhər 8-11 arası verilməlidir.
  • Müayinə öncəsi çox yeməkdən qaçınmaq lazımdır.
  • Böyrəklərin funksiyasının qiymətləndirilməsi
  • Ürək-damar patologiyaları
  • Ürək aritmiyası, arterial hipertoniya
  • Böyrəküstü vəzi çatışmazlığı
  • Diuretik, ürək qlikozidləri təyini zamanı qanda kalium səviyyəsinin kontrolu

Kalium səviyyəsinin yüksəlməsi (hiperkaliemiya)

  • Orqanizmə həddən çox kalium daxil olması
  • K+  hüceyrələrdən hüceyrəarası mayeyə çıxması – massiv hemoliz, rabdomioliz, şişlərin parçalanması, toxumaların ağır zədələnməsi, dərin yanıqlar, asidoz
  • Böyrəklər tərəfindən K+ çıxarılmasının azalması – kəskin böyrək çatışmazlığı, Addison xəstəliyi,  şok vəziyyəti, toxumaların işemiyası
  • Dehidratasiya
  • Amilorid, spironolaktin, triamteren, aminokapron turşusu, diqoksin kimi dərman preparatlarının qəbulu

Kalium səviyyəsinin azalması (hipokalemiya)

  • Yetərsiz kalium qəbulu – xroniki aclıq, pəhriz
  • Tez-tez qusma, profuz diareya, bağırsaq xovlarının adenoması, bağırsaq svişi zamanı orqanizmin kalium itirməsi
  • Kaliumun sidiklə itirilməsi – böyrək kanalcıqlarının asidozu, Fankoni sindromu, Konn sindromu,  alkaloz
  • Mukovissidoz
  • Meqaloblastik anemiyanın B12 vitamini və ya fol turşusu ilə müalicəsi
  • Hipotermiya
  • Kortikosteroid, diuretik, beta-adrenoblokator və antibiotik qəbulu
  • Maqnezium defisiti