Натрий (Na+, Sodium)

13 Azn

Natrium - hüceyrəxarici mühitin əsas kationudur.   Hüceyrəxarici mayenin requlə olunmasında vacib rol oynayır. Orqanizmdəki natriumun 96%-i hüceyrə xaricində yerləşir.  Sinir və skelet əzələlərinin oyanıcılığının artmasında, H ionlarının daşınmasında iştirak edir. 

Plazmada Natrium səviyyəsi  onun xaricdən daxil olması, orqanizmdə paylaşdırılması, böyrək və tər vəziləri ilə xaric olunmasının tarazlığından asılıdır.  Natrimun tənzimlənməsində əsas rolu renin-angiotenzin- aldosteron sistemi, vazopressin oynayır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Analiz səhər 8-11 arası verilməlidir.
  • Müayinə öncəsi çox yeməkdən qaçınmaq lazımdır.
  • Mədə-bağırsaq sisteminin pozulması, qusma, diareya
  • Böyrəküstü vəzi çatışmazlığı
  • Böyrəklərin patologiyası
  • Dehidratasiya, sürətli maye itkisi

Natrium səviyyəsinin yüksəlməsi (hipernatriemiya)

  • Hipertonik dehidratasiya a) çox tərləmə zamanı mayenin dəri vasitəsilə itirilməsi b) uzunmüddətli təngənəfəslik zamanı ağciyərlərlə mayenin itirilməsi c) qusma və ağır diareya zamanı həzm sistemi ilə mayenin itirilməsi  ç) yüksək qızdırma zamanı titrətmə
  • Orqanizmə yetərli mayenin daxil olmaması
  • Natriumun böyrəklərdə ləngiməsi
  • Orqanizmə çoxlu Natrium duzlarının daxil edilməsi
  • Anabolik steroidlər, androgenlər, kortikosteroidlər, estrogenlər, metildopa, oral kontraseptivlərin qəbulu

Natrium səviyyəsinin azalması (hiponatriemiya)

  • Natriumun orqanizmə yetərli daxil olmaması
  • Diuretiklərin həddindən çox qəbulu
  • Böyrəküstü vəzi çatışmazlığı
  • Kəskin böyrək çatışmazlığı
  • Osmotik diurez
  • Hipotonik hiperhidratasiya
  • Hipotireoz
  • Furosemid, aminoqlikozid, qlükozanın hipertonik məhlulu, amitriptilin, haloperidol kimi preparatların qəbulu