Qlobulinlər qanda olan zülal qruplarıdır. İmmun sistem tərəfindən qaraciyərdə ifraz olunur. Qlobulinlər qaraciyərin funksiyası, qanın laxtalanması və infeksiyalarla mübarizədə rol oynayır. Öz daxilində 4 qrupa bölünür. Bunlar; alfa1, alfa2, qamma və beta. Globulin qaraciyər tərəfindən ifraz olunur və bədənin immunitet sistemini qorumağa və qan laxtalanmasının qarşısını alır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Qaraciyər zədəsi və ya xəstəliyi
  • böyrək zədələnməsi
  • autoimmun xəstəliklər
  • qidalanma problemi
  • bəzi xərçəng növləri
  • sarılıq
  • qaşıntı
  • çəkinin artması
  • qarına maye yığılması
  • qusma,ürəkbulanma

Qlobulin azlığı nədir?
Qlobulin analizi nəticəsində qlobulin miqdarı referens dəyərlərindən aşağıdırsa, bu böyrəklərin və ya qaraciyərlərin funksiyası ilə bağlı problem olduğunu göstərir. Aşağı qlobulin səbəbləri arasında ən əhəmiyyətlisi böyrəklərdə və ya qaraciyərdə funksiyaların pozulmasıdır. Aşağı globulinin əlamətləri aşağıdakılar kimi sadalana bilər;

  • Göz ətrafında və dəridə saralma
  • Ürək bulanması və qusma
  • Yorğunluq və zəifliyin artmasl
  • Qarın ağrısı və şişlik
  • Sidiyin tündləşməsi
  • Dəridə qaşınma

Globulin Yüksəkliyi nədir?
 Globulinin yüksəlməsinin səbəblərinə viral hepatit B və ya C, HİV, immunitet sistemi xəstəlikləri və irinli oynaq ağrıları daxildir. Bəzi şəxslərdə yüksək qlobulin səviyyəsi bədxassəli linfoma və bəzi xərçəng növlərinin dəgöstəricisi ola bilər.