Helikobakter Pilori mədə və onikibarmaq bağırsaqda məskunlaşaraq qastrit, mədə-bağırsaq xorası, mədə xərçənginə və digər xəstəliklərə səbəb ola bilən bakteriyadır. Daha çox qida vasitəsilə yoluxur. Turş mühitə çox dözümlüdür, məhz buna görə mədə və bağırsağın selikli qişasına daxil olaraq uzun illər yaşayıb çoxala bilir.

Orqanizmə daxil olduqdan 6-8 gün sonra əlamətlər özünü biruzə verir. Mədə və bağırsağın iltihabı, qarın boşluğunda ağrılar, ürəkbulanmasi və qusma müşahidə oluna bilər. İlk simptomlar  çox vaxt qısa müddətli olur. Daha sonrakı simptomlar – ac qarına kəskin mədə ağrılarıdır, belə ağrı qida qəbulundan sonra qismən azalır. Alkoqollu içki, stress, qeyri-düzgün qidalanma, siqaret, infeksion xəstəliklər, immunitetin zəifləməsi xəstəliyin inkişafına şərait yaradır.

Helikobakter pilorinin diaqnostikası müasir tibbin inkişafı sayəsində dünyada bir neçə üsulla aparılır. Həmçinin Sağlam Ailə Tibb Mərkəzlərində Helikobakter Pilori aşağıdakı kimi təyin edilir.

  • Helicobacter p IgG+IgA+IgM
  • Helicobacter p IgM                                                               
  • Helicobacter p. IgG
  • Helicobacter p. IgA
  • Nəcisdə Helicobacter pylori
  • Mədə selikli qişasında ekspress H. Pylori

Xəstəliyin səbəbi düzgün diaqnostika olunduqdan sonra həkim tərəfindən müəyyən edilmiş dərman preparatları və pəhriz  ilə sağalması mümkündür.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.

H. pylori səbəb olduğu xəstəliklərin diaqnozunu qoymaq və müalicəsinə nəzarət etmək:

  • antral və fundal qastrit;
  • onikibarmaq bağırsaq və mədə xoraları.
  • Yeni başlayan dispepsiya əlamətləri olan bir xəstə müayinə edilərkən (H. pylori ilə birincili infeksiya), xüsusilə də endoskopiya planlaşdırılmırsa.
  • Anamnezində dispepsiya olan xəstəni müayinə edərkən H. pylori terapiyası təyin edilməyibsə (və ya H. pylori əleyhinə olan antibiotiklər başqa bir səbəbdən istifadə edilməyibsə).
  • Helikobakteriozun ilkin diaqnozu zamanı və terapiya kursu bitdikdən 6 ay sonra.

Aktiv H. pylori infeksiyası:
a) antibiotik müalicəsinin bitməsindən sonra 6 ay ərzində əkscisim titrində  20-25% azalma dolayı yolla mikroorqanizmin ölümünü göstərir;

b) IgG-də azalma meylinin olmaması terapiyanın təsirsiz olduğu anlamına gəlmir.


Mənfi nəticənin səbəbləri:

H. pylori infeksiyası yoxdur;
antibiotik terapiyası kursundan sonra mikroorqanizmin yox olması.