Virus bədənə daxil olduqdan 3-5 həftə sonra, hətta klinik təzahürlərdən əvvəl anti-HBc IgM  istehsal olunur.

Adətən kəskin Hepatit-B infeksiyasını göstəricisi kimi həlledici rol oynayır. Bu o deməkdir ki, orqanizmdə aktiv hepatit B virusu var.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
  • Son qida qəbulundan 4 saat keçməsi tövsiyə olunur.
  • Viral hepatit B-nin kəskin dövrünü aşkar etmək üçün (hətta hepatitin digər markerləri olmadıqda).
  • Hepatitin differensial diaqnostikası üçün.
  • Hepatit B-dən sağalma dövrünü və ya infeksiyanın xroniki formaya keçməsini müəyyən etmək.
  • Xroniki viral hepatit B monitorinqi üçün.

Müsbət:

  • kəskin viral hepatit B (anti-HBc, IgM və HBsAg olduqda);
  • xroniki viral hepatit B-nin kəskinləşməsi (bəzi hallarda)

Mənfi:

  • bədəndə hepatit B virusunun olmaması (hepatitin digər növləri istisna edilmir);
  • viral infeksiyanın inkubasiya dövrü (anticisimlərin istehsalından əvvəl);
  • viral hepatit B-nin sağalma və ya xroniki formaya keçid dövrü (xüsusi markerlər və anti-HBc IgG sinfi müəyyən edilir)