Hepatit C törədicilərinin təyini üçün polimeraza zəncirvari reaksiyası ilə qanda HCV-nin genetik materialının olması yoxlanılır.

HCV qaraciyəri zədələyən əsas viruslardan biridir. Yüksək mutagen aktivliyə malikdir, ona görə də immunitetin müdafiə mexanizmlərindən yayına bilir.  6 genotipi və çoxlu subtipləri vardır.  Virusun hansı genotipinin olmasını bilmək xəstəliyin inkişafını və virus əleyhinə olan  terapiyanın effektliliyi proqnozlaşdırmağa imkan verir.

Əsas yolxuma yolu qan vasitəsilədir.  Cinsi əlaqə vasitəsilə və anadan dölə də yoluxma mümkündür, lakin bu  hallar çox az rast gəlinir.

PCR vasitəsilə yoluxmadan 10-12 gün sonra qanda virus materialını aşkarlamaq mümkündür.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz üçün xüsusi bir hazırlıq tələb olunmur
  • Şübhəli seroloji cavab zamanı
  • Hepatit C risk qrupuna daxil olan insanların müayinəsi
  • Yoluxmuş anadan doğulan uşaqların müayinəsi
  •  Hepatit simptomları zamanı
  • Müalicədən öncə və müalicənin sonunda, həmçinin sonrakı 6cı və 24cü ayda.

Müsbət nəticə - Hepatit C virusu

Mənfi nəticə - pasiyentin qanında HCV-nin olmaması