Hepatit C törədicilərinin təyini üçün polimeraza zəncirvari reaksiyası ilə qanda HCV-nin genetik materialının miqdarı  yoxlanılır.

HCV qaraciyəri zədələyən əsas viruslardan biridir. Yüksək mutagen aktivliyə malikdir, ona görə də immunitetin müdafiə mexanizmlərindən yayına bilir.  6 genotipi və çoxlu subtipləri vardır.  Virusun hansı genotipinin olmasını bilmək xəstəliyin inkişafını və virus əleyhinə olan  terapiyanın effektliliyi proqnozlaşdırmağa imkan verir.

Əsas yolxuma yolu qan vasitəsilədir.  Cinsi əlaqə vasitəsilə və anadan dölə də yoluxma mümkündür, lakin bu  hallar çox az rast gəlinir.

PCR vasitəsilə yoluxmadan 10-12 gün sonra qanda virus materialını aşkarlamaq mümkündür.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz üçün xüsusi bir hazırlıq tələb olunmur
  • HCV PCR keyfiyyət  ilə pasiyentdə  aşkarlandıqda
  • Kəskin və xroniki HCV zamanı
  • Miks-hepatitlər zamanı
  • Müalicənin  planlaşdırılması, müalicədən bilavasitə  öncə və müalicənin sonunda

Aşkar olunmadı - Hepatit C virusu RNT-si aşkar edilmədi və ya dəyəri metodun aşkarlama həddinin altındadır (150 IU / ml).
150 ilə 3 * 10 ^ 4 IU / ml arasında - Hepatit C virusunun RNT-si aşkar edildi, aşağı viremiya.
3 * 10 ^ 4-dən 8 * 10 ^ 5 IU / ml-ə qədər - Hepatit C virusunun RNT-si, orta viremiya.
8 * 10 ^ 5 IU / ml-dən çox - Hepatit C virusunun RNT-si, yüksək viremiya aşkar edilmişdir.
> 1 * 10 ^ 8 IU / ml - Hepatit C virusunun RNT-si, xətti konsentrasiya aralığının üzərində bir konsentrasiyada aşkar edilmişdir.