Тромбиновое время

16 Azn

Qanın laxtalanmasının ən son etapıdır-fibrin və fibrinogenin əmələ gəlməsi. Trombin müddəti (TM) -  trombin və kalsium əlavə etdikdən sonra sitrat plazmasında fibrinogenin fibrinə çevrilmə müddətidir.  

TM-in təyin olunması qanın laxtalanma aktivliyini qiymətləndirmək üçün istifadə olunur. TM-in uzanması qanda fibrinogenin nəzərəçarpacaq dərəcədə azalması (0,5 q/l)zamanı müşahidə olunur.

Qanın laxtalanma faktorlarının, xüsusi ilə heparinin miqdarının azalması laxtalanma müddətinin qısalmasına səbəb olur.

  • Qan səhər acqarına, axşam yeməyindən 8-14 saat sonra (su içmək olar) və ya günorta yüngül yemək qəbulundan  4 saat sonra götürülür.
  • Qanın götürülməsi ərəfəsində psixoemosiaonallığın və fiziki yükün azaldılmasını, spirtli içki qəbulunun istisnasını təmin etmək lazımdır.  
  • Fibriogenin defisiti və ya defektinin müəyyən edilməsi
  • Pasiyentdə yayılmış damardaxili laxtalanma zamanı vəziyyətinin qiymətləndirilməsi
  • Qaraciyər xəstəlikləri
  • Heparin, fibrinolitik və ya trombolitik preparatlarla terapiya zamanı monitorinq
  • Qanda fibrin/fibrinogenin deqradasiya məhsullarının aşkar edilməsi
  • Qanda anadangəlmə və sonradanqazanılma fibrinogenin və disfibrinogenin defisitinin aşkarlanması

Trombin müddətinin uzanması:

  • Hipofibrinog enemiya (fibrinogenin konsentrasiyasının azalması - 0,5 q/l-dən)  anadangəlmə və sonradan qazanılmış. Fibrinogen miqdarının nəzərəçarpacaq dərəcədə artması (4 q/l-dən çox)
  • Disfibrinogenemiya anadangəlmə və sonradan qazanılmış  (qaraiyər patologiyası)
  • Fibrinogen/fibrin deqradasiya məhsullarının yüksək miqdarı
  • Qanda antilaxtalanma  faktorlarının (heparin, hirudin, sintetik atitrombin) olması
  • Hiperbilirubinemiya
  • Paraproteinemiya
  • Uremiya
  • Multiformal mieloma

 

Trombin müddətinin qısalması:

  • Trombəmələgəlmə riskinin artması
  • Qanda fibrinogenin nəzərəçarpacaq dərəcədə artması