Тромбоциты, микроскопия (подсчет в окрашенном мазке по методу Фонио)

6 Azn

Trombositlər ümumi qan analizində yoxlanılan göstəricilərdən biridir. Bəzi hallarda, həkimin istəyindən asılı olaraq və ya trombosit sayının 130x10 3 cells/ μl -dən az və  ya  550x10 3 cells / μl dən çox olduğu zaman qan yaxmasında mikroskop vasitəsi ilə trombositlər Fonio üsulu ilə sayılır. Bəzi klinik vəziyətlərdrə də ( şiddətli trombositopeniya və ya trombositoz zamanı) aparıla bilər. Burada trombositlərin konsentrasiyasından asılı olmayaraq analizin aparılması mümkündür. Analiz trpmbositopeniya,trombositoz, polisitemiya kimi hallarda diaqnozun qoyulması üçün istifadə olunur. 

  • Analizdən əvvəl 24 saat ərzində spirtli içki qəbule etməyin.
  • 1 yaşdan kiçik uşaqlar analizdən əvvəl 30-40 dəqiqə yemək yemirlər.
  • Analizdən əvvəl 4 saat qida qəbul etməyin, təmiz qazsız su içə bilərsiniz.
  • Analizdən əvvəl 30 dəqiqə ərzində fiziki və emosional stresdən uzaq olun.
  • Müayinədən əvvəl 30 dəqiqə ərzində siqaret çəkməyin.
  • Polisitemiya, trombositopeniya, trombositoz diaqnostikası;
  • Müalicənin izlənilməsi

Normadan yüksək dəyərlər

  • Funksional (reaktiv) trombositoz
  • Fiziki stress
  • İltihabi proseslər (sistemik iltihabi xəstəliklər, osteomiyelit, vərəm).
  • Qan itkisinə görə anemiya, bəzi hemolitik anemiya növləri.
  • Əməliyyatdan sonra vəziyyət.
  • Onkoloji xəstəliklər (hemoblastoz deyil)
  • Splenektomiya.
  • Kəskin qan itkisi və ya hemoliz.
  • Şiş trombositozu
  • Eritremiya, idiopatik hemorragik trombositemiya da daxil olmaqla miyeloproliferativ xəstəliklər.

Nəticələrin aşağı olması

  • Anadangəlmə trombositopeniya
  • Wiskott-Aldrich Sindromu.
  • Chédiak-Higashi sindromu.
  • Fankoni sindromu.
  • May-Hegglin anomaliyası.
  • Bernard-Soulier sindromu (nəhəng trombosit sindromu).
  • Qazanılmış trombositopeniya
  • İdiopatik autoimmün trombositopenik purpura.
  • Dərman trombositopeniyası.
  • Sistemik lupus eritematoz.
  • İnfeksiya ilə əlaqəli trombositopeniya (viral və bakterial infeksiyalar, rikketsioz, malyariya, toksoplazmoz).
  • Splinomeqaliya.
  • Aplastik anemiya və miyeloftiz (sümük iliyinin şiş hüceyrələri və ya lifli toxuma ilə əvəz edilməsi).
  • Sümük iliyinə şiş metastazları.
  • Meqaloblastik anemiyalar.
  • Paroksizmal gecə hemoglobinuriyası
  • Fisher-Evans sindromu (autoimmün hemolitik anemiya və trombositopeniya).
  • DIC sindromu (yayılmış damardaxili laxtalanma sindromu).
  • Kütləvi qan köçürmələri, ekstrakorporeal qan dövranı.
  • Yenidoğulmuş dövrdə (prematüre, yenidoğullmuşun hemolitik xəstəliyi, neonatal autoimmün trombositopenik purpura).
  • Kongestif ürək çatışmazlığı.
  • Böyrək damar trombozu.