Beta-XQ spesifik hamiləlik hormonudur.  Embrionun implantasiyasından sonra trofoblast hüceyrələri tərəfindən sintez olunur. Mayalanmadan artıq 6-8 gün sonra qanda  beta-XQ səviyyəsi yüksəlir və hamiləlik diaqnoz oluna bilir. Sidikdə beta-XQ miqdarı diaqnostika dərəcəsinə qan plazmasından 1-2 gün sonra çatır.

Hamiləliyin birinci trimesterində beta-XQ sarı cisim tərəfindən progesteron və estrogen sintezini təmin edir.  Döl-cift kompleksi formalaşana qədər bu proses davam edir. Döl oğlan olduqda XQ həmçinin testosteron sintez edən Leydiq hüceyrələrini stimulə edir. XQ pik səviyyəsi hamiləliyin  10-11ci həftəsində müşahidə edilir, daha sonra azalmağa başlayır.  Çoxdöllü hamiləlik zamanı XQ səviyyəsi döl sayına uyğun yüksəlir.

XQ səviyyəsinin azalması ektopik hamiləlik və ya abort riskindən xəbər verə bilər.  Ona görə də dölün inkişaf qüsurlarının təyinində XQ digər analizlərlə birgə istifadə olunur.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.

Qadınlarda

  • Amenoreya
  • Hamiləliyin erkən diaqnostikası
  • Ektopik hamiləliyə şübhə
  • Hamiləliyin gedişinin dinamik izlənməsi
  • Trofoblastik xəstəliklərin diaqnostikası
  • Trofoblastik xəstəliklərin müalicəsinin effektliyinin kontrolu
  • Prenatal diaqnostika

Kişilərdə

  • Xaya şişlərinin differensial diaqnostikası

 

Beta-XQ səviyyəsinin yüksəlməsi

Kişilər və HAMİLƏ OLMAYAN qadınlar

  • Xorionkarsinoma
  • Seminoma
  • Xayaların teratoması
  • Mədə-bağırsaq traktının törəmələri
  • Abortdan 4-5 gün sonra olunan analiz
  • XQ preparatlarının qəbulu

Hamilə qadınlar

  • Çoxdöllü hamiləlik
  • Ehtimal olunan və real hamiləlik vaxtının üst-üstə düşməməsi
  • Hamiləliyine rkən toksikozu, hestoz
  • Anada şəkərli diabet
  • Dölün xromosom patologiyası
  • Sintetik gestagen qəbulu

Beta-XQ səviyyəsinin azalması

Hamilə qadınlar -hamiləliyin müddətinə uyğun gəlməməsi, miqdarın çox gec artması və ya ümumiyyətlə artmaması, normanın  50%-dən çox azalması

  • Uşaqlıqdan kənar hamiləlik
  • Inkişafdan qalan hamiləlik
  • Abort riski
  • Xroniki cift çatışmazlığı
  • Dölün antenatal tələf olması (II-III trimester)

Yalançı mənfi nəticə (hamiləlik zamanı XQ-nin artmaması)

  1. Test çox erkən aparılmışdır.
  2. Uşaqlıqdan kənar hamiləlik