Antinuklear antiteller (ANA)

28 Azn

Antinuklear antitellər autoimmun xəstəliklərin diaqnostikasında ən çox istifadə olunan analizlərdəndir.  100-dən çox növü vardır. Birləşdirici toxumanın diffuz xəstəliyi (qırmızı qurdeşənəyi, sistem skleroz, Şeqren sindromu, birləşdirici toxumanın qarışıq xəstəlikləri) olan pasiyentlərin 90%-də ANA aşkarlanır. Antinuklear antitellərin induksiya mexanizmi keratositlərin, limfositlərin apoptozu və orqanizmin  nüvə antigenlərinə  sensibilizasiyası  ilə əlaqəlidir.

Yaranan antigen-antitel immun kompleksləri müxtəlif toxuma və orqanların (dəri, böyrəklər, sinovial, seroz qişalar, beyin və s.) bazal membranlarına, qan damarlarına çökərək zədə və iltihaba səbəb olurlar.  Bəzi hallarda autoimmun proseslərdən əlavə yoluxucu  və onkoloji xəstəliklər zamanı da ANA titrinin yüksəlməsi müşahidə olunur.  Lakin bu zaman antitel titri davamsız olur, tez enir.

ANA-nın sırf autoimmun proseslə əlaqəli  yüksəldiyindən əmin olmaq üçün analizin müəyyən müddət sonra 2-ci dəfə verilməsi nə ehtiyac duyula bilər. Nəzərə almaq lazımdır ki, müxtəlif laboratoriyalarda çalışılmış analiz nəticələri istifadə olunan metod və antigenlərdən asılı olaraq fərqlənə bilər.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Yüngül qida qəbulundan 4 saat sonra analiz vermək olar.
  • Sistemik birləşdirici toxuma xəstəliklərinin diaqnozu üçün;
  • revmatik xəstəliklərin inkişafını və gedişini qiymətləndirmək;
  • müəyyən autoimmun xəstəliklərin diferensial diaqnozu üçün.
  • autoimmun xəstəliklərin əlamətləri ilə (uzun müddətli hərarət, bədən çəkisinin azalması, mialgiya, işığa həssaslıq, Raynaud sindromu (ağartma, ardından mavi rəng dəyişikliyi və barmaqların və barmaqların damarlarının qızarması), leykopeniya və hemolitik anemiya);

ANA səviyyəsinin yüksəlməsi

  • Birləşdirici toxumanın sistem xəstəlikləri
  • Infeksiya (vərəm, xroniki aktiv hepatit, HİV-infeksiya, bakterial endokardit)
  • Şəkərli diabet
  • Ağciyər fibrozu
  • Çoxsaylı skleroz