Anti-spermal antitellər (ASA)

55 Azn

ASA (anti-Spermal antitellər) sperma membranında yerləşən antigenlərə qarşı antitellərdir. Antispermal antitellər servikal selikdə, qan plazmasında, spermotozoidlərin üzərində və eyakulyatda aşkarlana bilər.

Qadınlarda və kişilərdə immunoloji sonsuzluğun diaqnostikası üçün istifadə edilir. Qadın və ya kişi orqanizmində əmələ gəlməsindən asılı olmayaraq  antispermal antitellərin funksiyası spermanı məhv etməkdir. Kişilərdə bu sonsuzluqla, qadınlarda isə partnyorların immunoloji uyğunsuzluğu ilə nəticələnir.  Bu antitellərin spermatozoidlə birləşməsi onların hərəkətliliyinin azalmasına səbəb olur. Spermatozoidlərin uşaqlıq boynu seliyinə daxil olmalarına və akrosomal reaksiyaya mənfi təsir göstərir. Antispermal antitellərin yaranmasının bir neçə səbəbi vardır. Bunlara  infeksiya, travmalar, onkoloji xəstəliklər, varikosele, kriptorxizm, toxumçıxardıcı yolların tutulması, cinsi orqanlarda cərrahi müdaxiləni misal gətirmək olar.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır
  • Son qida qəbulundan 4 saat keçməsi tövsiyə olunur.
  • Cütlükdə səbəbi aydınlaşdırıla bilinməyən sonsuzluq
  • Postkoital testdə (Şuvarski sınağı) normadan kənar nəticə
  • Spermoqrammada dəyişikliklər

Referens dəyəri 0-60

Referensdən yuxarı nəticə sonsuzluğun mümkün səbəbi ola bilər.