İmmunoqlubulinlər orqanizmin immun sisteminin əsas komponentlərindən biridir. Orqanizmə daxil olan yad cisimlərdən, bakteriya və viruslardan qoruyan zülallardır. Ümumilikdə immunoqlobulinlərin 5 növü (IgG, IgM, IgA, IgE, IgD) mövcuddur.

M sinifi immunoqlobulinlər ilkin yoluxma zamanı orqanizmdə yaranan və kəskin yoluxma prosesini göstərən immunoqlobulinlərdir. Qanda ümumi immunoqlobulinlərin 5-10%-i təşkil edir və qan zərdabında müayinə olunur. Bədəndə yarımparçalanma dövrü təxmini 5 gündür. G sinifi immunoqlobulinlərdən öncə yaranır və orqanizmin yad maddəni tanımasında rol oynayır. Müəyyən müddətdən sonra IgG-yə dönüşüb, orqanizmin uzunmüddətli qorumasını təmin eidrlər. Pentamerdir (5 hissədən ibarətdir) və molekulyar çəkisinə görə digər immunoqlobulin növlərindən xeyli böyükdür. Bu səbəblə plasenta ilə anadan dölə ötürülmür və nəticələrin yüksək olması dölün yoluxmasından xəbər verir.

  • Son qida qəbulundan 2 saat sonra.
  • Müayinədən 3 saat öncə siqaretdən istifadə etməmək.
  • Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
  • Humoral immuniteti müayinə etmək
  • İmmun çatışmazlığı diaqnozu
  • Xəstəliyin kıskin və ya xroniki olub olmamasını müəyyən etmək üçün (IgG-lə birlikdə müayinə olduqda)
  • Autoimmun xəstəliklər zamanı immuitetin vəziyyətini öyrənmək
  • İmmunoqlobulin preparatlarının istifadəsinin effektivliyini təyin etmək
  • Valdernsterm (Waldenström) xəstəliyinin diaqnozu

Nəticələrin yüksək olması:

  • Tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət sisteminin kəskin yoluxucu xəstəlikləri
  • Kəskin qaraciyər xəstəlikləri (autoimmun hepatit, virus mənşəli hepatit, sirroz, spitli içkilər nəticəsində qaraciyər zədələnmələri)
  • Autoimmun xəstəliklər (revmatoid artrit, qırmızı qurdeşənəyi)
  • Anadangəlmə infeksiyalar (toksoplazmoz, herpes, sifilis, məxmərək, sitomeqalovirus)
  • Kistik fibroz
  • Valdernsterm (Waldenström) xəstəliyi
  • Kəskin və xroniki limfoleykoz
  • Hiper-IgM sindromu
  • Bilinməyən etiologiyalı monoklonal qammopatiya
  • Dəri və selikli qişaların kandidozu

Nəticələrin aşağı olması:

  • 3-5 aylıq körpələrdə fizioloji hipoqammaqlobulinemiya
  • Ağır immun çatışmazlığı
  • Agammaglobulinonemiya (Bruton xəstəliyi)
  • Hipoqammaqlobulinonemiya
  • Leykoz
  • Splenoektomiya
  • Nefrotik sindrom
  • Yoğun bağırsağın iltihabi xəstəlikləri
  • QİÇS