NMDA reseptorları mərkəzi sinir sistemindəki neyronların səthində yerləşir. Bu reseptorların fəaliyyəti yaddaş, öyrənmə, şüur və digər beyinlə əlaqəli funksiyalara təsir göstərir. Sinir sisteminin NMDA reseptorlarına qarşı istehsal etdiyi antitellər autoimmun ensefalitin səbəbidir.

Autoimmun ensefalit əsasən gənc yaşlı qadınlarda rast gəlinsə də, kişilər də bu xəstəlikdən əziyyət çəkə bilər. Xəstəliyin səbəblərini yumurtalıq teratoması (şişləri) və ya xaya teratoması ilə əlaqələndirmək mümkündür.

Beynin toxuma zədələnməsi baş verməzdən əvvəl erkən diaqnoz və müalicə vacibdir. Antitel titrləri müalicənin effektivliyini izləmək üçün istifadə edilə bilər.

Xəstəliyin simptomları qeyri-spesifikdir, digər psixopatoloji xəstəliklərdə olduğu kimi aşağıdakı simptomlar müşahidə oluna bilər:

  • Depressiya;
  • Səs hallüsinasiyaları;
  • Sarışan hallar;
  • Yaddaş pozuntusu.

Nevroloji simptomlar xarakterikdir:

  • Müxtəlif əzələ qruplarında qeyri-iradi hərəkətlər;
  • Avtonom sinir sistemi pozuntuları;
  • Qeyri-sabit hemodinamika;
  • Tənəffüs çatışmazlığı.

Əksər hallarda pasiyentlər nevroloji və psixiatrik dispanserlərə yerləşdirilir.

  • Son qida qəbulundan 2 saat sonra.
  • Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
  • Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
  • Xüsusilə gənc xəstələrdə psixiatrik və nevroloji simptomların eyni vaxtda olması.
  • Sinir sistemi xəstəliyinin səbəbini müəyyənləşdirmək üçün.
  • Ensefalitin differensial diaqnostikası üçün.

Nəticənin yüksək olması:

  • Autoimmun ensefalit.

Nəticənin aşağı olması xəstəliyin olmaması deməkdir.