Revma testlər (ASO, RF, CRZ)

44 Azn

A qrupu streptokok bakteriyaları boğaz infeksiyaları, qlomerulonefrit, faringit, pnevmoniya, kariyes, kəskin revmatik qızdırma kimi bir çox xəstəliklərə səbəb olur. Streptokok bakteriyalarının orqanizmdə ifraz etdiyi toksik zülallara streptolizin deyilir. Antisteptolizin O (ASO) streptolizin O proteininə qarşı istehsal olunan antiteldir və yuxarıda qeyd olunan xəstəliklərin diaqnozu üçün təyin edilir.

Revmatoid Faktor (RF) immun sistem tərəfindən istehsal olunan immunoglobulin M (İgM) olan auto əkscisimdir. Autoəkscisimlər öz toxumamızı yanlışlıqla yad maddə olaraq qəbul edib ona hücum edirlər. Bioloji olaraq RF-un rolu tam aydınlaşdırılmasa da , autoimmun və iltihabi aktivliyin göstəricisi olaraq böyük əhəmiyyətə sahibdir. RF analizi digər analizilərlə birlikdə Revmatoid artrit diaqnozununu qoyulasına köməklik məqsədi ilə qanda yoxlanılır.

Revmatoid artrit xroniki, sistemik autoimmun xəstəlik olub, əllərdə, ayaqlarda və orqanizmin digər nahiyələrində olan oynaqlarda iltihab, ağrı, bərkimə və destruktiv dəyişikliklərə səbəb olur. Bəzi pasiyentlərdə yorğunluq, aşağı dərəcəli hərarət və çəki itkisi kimi əlamətlərə rast gəlinir.

C-reaktiv zülalı (CRZ) – qaraciyər tərəfindən orqanizmin xaricdən daxil olan infeksiya və bakteriyalara qarşı müvazinətini artırmaq üçün sintez olunan zülaldır. Orqanizmin erkən yoluxmaya qarşı kəskin faza reaksiyasını bildirir və bəzi auroimmun xəstəliklər daxil olmaqla, iltihabi proseslər zamanı müayinə olunur.

  • Sonuncu qida qəbulu müayinədən 8-14 saat öncə olunmalıdır.
  • Müayinədən 3 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
  • Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
  • Bir oynaqdan digərinə yayılaraq çoxalan ağrılar və şişkinliklər
  • Dəridə ləklər
  • Ürəyin iltihabı
  • Bakteriya və ya virus mənşəli infeksiyalar
  • Autoimmun xəstəliklər, revmatoid artrit, qurdeşənəyi
  • Fiziki travmalar, diabet, tütündən istifadədən asılı iltihabi proseslər

Nəticlərəin yüksək olması kəskin iltihabi prosesdən xəbər verir.

Nəticələrin aşağı olması iltihabi prosesin səngiməsindən və müsbət müalicədən xəbər verir.