Revmatoid Faktor immun sistem tərəfindən istehsal olunan immunoglobulin M (İgM) olan auto əkscisimdir. Autoəkscisimlər öz toxumamızı yanlışlıqla yad maddə olaraq qəbul edib ona hücum edirlər. Bioloji olaraq RF-un rolu tam aydınlaşdırılmasa da , autoimmun və iltihabi aktivliyin göstəricisi olaraq böyük əhəmiyyətə sahibdir. RF analizi digər analizilərlə birlikdə Revmatoid artrit diaqnozununu qoyulasına köməklik məqsədi ilə qanda yoxlanılır.

Revmatoid artrit xroniki, sistemik autoimmun xəstəlik olub, əllərdə, ayaqlarda və orqanizmin digər nahiyələrində olan oynaqlarda iltihab, ağrı, bərkimə və destruktiv dəyişikliklərə səbəb olur. Bəzi pasiyentlərdə yorğunluq, aşağı dərəcəli hərarət və çəki itkisi kimi əlamətlərə rast gəlinir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-10  saat aclıqdan sonra yoxlanmalıdır.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.

Revmatoid artrit və Şeqren sindromunun diaqnozunu qoymaq, eyni zamanda digər artrit formalarından və oxşar simptomları olan xəstəliklərdən ayırmaq.
Autoimmün xəstəliklərin diaqnozu üçün (antinükleer antikor, C-reaktiv protein, EÇS testləri ilə birlikdə).
Revmatoid artrit əlamətləri ilə: ağrı, yanma, şişlik və oynaqların hərəkətliliyi, dərinin altındakı düyünlər. Birincisi mənfi olsa da, simptomlar davam edərsə, yenidən test tələb oluna bilər.
Şeqreb sindromunun simptomları zamanı.

Revmatoid artrit, Şeqren sindromu diaqnozu qoymaq üçün Revmatoid faktor testi nəticəsi ,müşahidə olunan simptomlar və klinik əlamətlərlə birlikdə şərh edilməlidir.

Revmatoid artrit simptomları ilə Revmatoid faktor səviyyəsinin yüksək olması Revmatoid artriti göstərir. Xəstədə Şeqren sindromunun əlamətləri varsa, onda Revmatoid faktorun yüksək konsentrasiyası onun varlığını göstərə bilər. Bununla birlikdə, mənfi test nəticəsi belə xəstənin bu xəstəliklərə sahib olduğunu istisna etmir.

Eyni zamanda, sağlam şəxslərdə və ya başqa xəstəliklərdən əziyyət çəkənlərdə, məsələn, endokardit, sistem lupus eritematozusu, vərəm, sifilis, sarkoidoz, xərçəng, viral infeksiya və ya qaraciyər xəstəliklərində müsbət analiz nəticəsi qeyd edilə bilər.