Saya əzələləri antitelləri orqanimzin öz saya əzələlərinə qarşı istehsal etdiyi anticisimlərdir və autoimmun hepatitin spesifik göstəricisidir.

Autoimmun hepatit naməlum etiologiyalı qaraciyər xəstəliyidir, xroniki iltihab, nekroz və sirrozun erkən inkişafı ilə səciyyələnir. Pasiyetlərdə həm hepatosit hüceyrələrinin zülallarına, həm də digər orqanların hüceyrə komponentlərinə qarşı antitellər yaranır. Birinci halda buna hepatospesifik autoantitellər, ikinci halda isə hepatoqeyrispesifik autoantitellər deyilir. Saya əzələləri antitelləri hepatoqeyrispesifik autoantitellərdir.

  • Son qida qəbulundan 2 saat sonra.
  • Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
  • Müayinədən 1 saat öncə fiziki və emosional gərginlikdən çəkinmək.
  • Autoimmun hepatit diaqnozu üçün.
  • Autoimmun hepatit, yoluxucu, toksik və irsi qaraciyər xəstəliklərinin differensial diaqnostikası üçün.

Nəticənin müsbət olması:

  • Autoimmun hepatit
  • Virus hepatitləri A, B və C
  • Yoluxucu mononukleoz
  • Adenovirus infeksiyaları
  • Birincili biliar sirroz
  • Birincili sklerozlaşan xolangit
  • Bəzi dərman preparatlarının qəbulu (metildopa, nitrofurantoin, minosiklin və s.)

Nəticənin mənfi olması:

  • Xəstəliyin olmaması.