TSH reseptor antikor Qreyvs xəstəliyinin klinik və laboratoriya markeridir və hipertiroidizm sindromunun differensial diaqnostikasında istifadə olunur. Belə ki, hipertireodizmi törədən digər xəstəliklərin səbəbləri üçün xarakterik deyil. 85-100% Qreyvs xəstəliyindən əziyyət çəkən pasiyentlərdə aşkar olunur və xəstəliyin diaqnostikasında birincili göstərici kimi hesab edilir. Xüsusilə hamilə qadınlarda xəstəliyin differensial diaqnostikası önəmlidir. Qreyvs xəstəliyi zamanı antikorlar transplasentar baryeri keçərək yenidoğulmuşların hipertiroidizminə səbəb olur.

  • Müayinədən 1 saat öncə siqaretdən istifadə etməmək.
  • Qreyvs xəstəliyin differensial diaqnostikası və müalicə yolunu izləmək.
  • Hipertireodizmi digər səbəblərindən differensial diaqnostika etmək.

Nəticənin pozitiv olması:

  • Qreyvs xəstəliyi
  • Autoimmun tireoidit

Nəticənin neqativ olması:

  • Qalxanabənzər vəzinin autoimmun xəstəliyin olmaması.
  • Müsbət nəticələnən Qreyvs xəstəliyi müalicəsi.