Saçda 25 ağır metal və mikroelement: litium, bor, alüminium, silisium, xrom, manqan, kobalt, nikel, arsen, selen, kadmium, civə, qurğuşun, berillium, vanadium, dəmir, yod, kalium, kalsium, maqnezium, mis, natrium, fosfor, sink, stannum

0 Azn

Saç teli- insan orqanizminin vəziyyətini əks edir.  Kimyəvi elementlərin saçda təyini orqanizminin ümumi vəziyyətinin obyektiv göstəricisidir. Belə ki, sizin:

  • düzgün qidalanmanızın,
  • zərərli vərdişlərinizin,
  • yaşadığınız mühitin,
  •  iş yerinizin,
  •  yaşayış şəraitinizin  və s. faktorların sağlamlığınıza necə ziyan vurduğu haqda məlumat verir.

Bununla yanaşı orqanların - böyrək, qaraciyər, mədə, ürək və s. fəaliyyətini göstərir.

Ən mühüm elementlərin disbalansının təyini- şəkərli diabet, piylənmə, ateroskleroz, "xroniki yorğunluq" sindromu, mədə xorasının, disbakterioz, sonsuzluq,  qalxanabənzər vəzi xəstəlikləri, dəri, saç və dırnaq xəstəlikləri, psoriaz, osteoporoz, immundefisit, allerqozlar, kolitlər, qastritlər kimi xəstəliklərin vaxtında aşkarlanmasını təmin edir.

Siz, tərkibində  25 mikroelement və ağır metallar  olan paketləri seçərək:

  • hər hansısa bir patologiyaya olan meyilliyinizi öyrənə bilərsiniz,
  • bir çox xəstəliklərin effektsiz müalicəsinin səbəblərini aşkarlaya bilərsiniz,
  • mümkün xəstəliklərin səbəblərini aradan qaldıra bilərsiniz.