Toksoplazmoz protozoy toxoplasma gondii tərəfindən törədilən parazitar xəstəlikdir.  İnsan üçün yoluxma mənbəyi pişikkimilər ailəsidir. Əsas sinir sistemi, limfa düyünləri, ürək və gözlər zədələnir.  Toksoplazmoz hamilələr üçün  daha təhlükəlidir, çünki  dölün inkişaf anomaliyaları və hatta tələf olmasına səbəb ola bilər.  Hamilə qadın hamiləlik zamanı toksoplazmoza yoluxursa infeksiyanın dölə keçmə ehtimalı 30-40% təşkil edir. Əgər yoluxma erkən hamiləlik zamanı baş vermişsə belə halda düşük, uşağın ölü doğulması, uşaqda zehni gerilik, qıcolmalar, korluq ehtimalı artır. İnfeksiyaya yoluxmuş uşaqlar (xüsusilə hamiləliyin sonlarında yoluxmuş)  sağlam doğulurlar, lakin bir-neçə il sonra onlarda ağır göz infeksiyası, karlıq və zehni inkişafın ləngiməsi müşahidə olunur.