Xlamidiya (Chlamydia trachomatis) obliqat hüceyrədaxili parazitlərdir. Əsas etibari ilə cinsi yolla ötürülür, xlamidiozun yaranmasına səbəb olur, əsas etibari ilə cinsi orqanların selikli qişasının zədələnməsi və konyuktivitlə müşayət olunur

Kifayət qədər geniş yayılmış infeksiyadır, simptomsuz keçə bilir, müxtəlif kəskinləşmələrlə müşahidə olunur, hansı ki, bəzən qadınlarda sonsuzluğa və hamiləliyin pozulmasına səbəb olur.  

Analitik göstərici: kliniki nümunələrdə C. Trachomatis DNT-nin aşkar edilməsi üçün polimeraza zəncirvari reaksiyasından (PZR) istifadə edilir.

  • 20-30 ml miqdarında ilk səhər sidiyini steril konteynerə yığılması tövsiyyə olunur.
  • Son Antibiotik qəbulundan 14 gün keçməlidir.
  • Xəstəliyin kkəskin mərhələsi
  • Urogenital traktın xroniki infeksion etiologiyasının müəyyən olunması
  • Ağırlaşmış hamiləlik anamnezi
  • Sonsuzluq
  • Terapiyanın effektivliyinin kontrolu (antibakterail preparatların qəbulu bitdikdən 1 ay sonra)  
  • Profilaktik skrininq müayinəsi

Müayinənin nəticəsi  “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.

“müəyyən edildi”: araşdırılan bioloji materialda Chlamydia trachomatis-ə spesifik DNT fraqmenti;  Chlamydia trachomatis infeksiyası aşkarlanır.

“müəyyən edilmədi”: araşdırılan bioloji materialda Chlamydia trachomatis-ə spesifik DNT fraqmenti və ya nümunədəki törədicinin konsentrasiyasının testin həssaslıq həddindən daha aşağı olduğu aşkarlanır.