Mycoplasma genitalium patogen mikroorqanizm olub, sidik-cinsiyyət yolu orqanlarının xəstəliklərini törədir. Mikoplazma cinsi yolla ötürülür, qonokok mənşəli olmayan uretrit və prostatitin, kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinə, hamiləlik və döl patologiyalarına, qadınlarda və kişilərdə sonsuzluğun yaranmasına səbəb ola bilir.

  • 20-30 ml miqdarında  ilkin sidik steril flakonlara toplanmalıdır və 2 saat müddətində çatdırmaq lazımdır.  Biomaterial klinikada olduğunuz zaman da verilə bilər.
  • Qadınlarda sidik müayinəsi üçün nümunə menstruasiya bitdikdən sonra və ya  öncə götürülür, vaginal şamlardan istifadə, həmçinin  bir gün öncə cinsi əlaqənin olmaması məqsədəuyğundur.
  • Eyni zamanda antibakterial terapiya zamanı biomaterialın götürülməsi  tövsiyyə olunmur.
  • Urogenital traktın xroniki infeksion etiologiyasının müəyyən oluması
  • Sidik-cinsiyyət sisteminin iltihabı
  • Hamiləlik
  • Uşaqlıqdan kənar hamiləlik
  • Sonsuzluq
  • İmmunitetin zəifləməsi
  • Antibiotikterapiyanın effektivliyinin kontrolu (antibakterial preparatları qəbul etdikdən sonra 1 ay sonra)
  • Profilaktik skrininq müayinəsi

Müayinənin nəticəsi  “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.

“müəyyən edildi” araşdırılan bioloji materialda Mycoplasma genitalium -ə spesifik DNT fraqmenti müəyyən edilir;  Mycoplasma genitalium infeksiyası aşkarlanır.

“müəyyən edilmədi”: araşdırılan bioloji materialda Mycoplasma genitalium -ə spesifik DNT fraqmenti aşkarlanmır və ya nümunədəki törədicinin konsentrasiyasının testin həssaslıq həddindən daha aşağı olduğu aşkarlanır.