Xlamidiya (Chlamydia trachomatis) obliqat hüceyrədaxili parazitlərdir. Əsas etibari ilə cinsi yolla ötürülür, xlamidiozun yaranmasına səbəb olur, əsas etibari ilə cinsi orqanların selikli qişasının zədələnməsi və konyuktivitlə müşayət olunur. Kifayət qədər geniş yayılmış infeksiyadır, simptomsuz keçə bilir, müxtəlif kəskinləşmələrlə müşahidə olunur, hansı ki, bəzən qadınlarda sonsuzluğa və hamiləliyin pozulmasına səbəb olur.  

Analitik göstərici: kliniki nümunələrdə C. Trachomatis DNT-nin aşkar edilməsi üçün polimeraz zəncir reaksiyasından (PZR) istifadə edilir.

  • Qadınlarda müayinə menstrual tsiklin ilk yarısında 5-ci gündən tez olmayaraq aparılmalıdır. İltihab simptomlarının  kəskin dövründə, materialın götürülməsi  müraciət edilən gün olmalıdır.
  • Müayinədən öncəki gün və müayinə olunan gün cinsi əlaqədə olmaq tövsiyə olunmur.
  • Antibakterial terapiya (ümumi və yerli) və menstrual tsikl zamanı,  cinsi əlaqədən, intravaginal USM və kolposkopiyadan 24-48 saat sonra biomaterialın götürülməsi tövsiyə olunmur.
  • Biomaterialın götürülməsi antibakterial preparatların və yerli antiseptiklərin qəbul olunmasından sonra 14 gündən tez olmayaraq, peroral antibiotiklərin qəbulundan isə 1 aydan tez olmayaraq götürülməsi tövsiyə olunur.
  • Əgər müayinə üçün yaxma uretradan götürülürsə, materialın toplanması sidik ifrazından 2-3 saat əvvəl və ya sonra olmalıdır.   
  • Xəstəliyin kəskin fazası
  • Urogenital traktın xroniki infeksion etiologiyasının müəyyən olunması
  • Ağırlaşmış hamiləlik anamnezi
  • Sonsuzluq
  • Terapiyanın effektivliyinin kontrolu (antibakterail preparatların qəbulu bitdikdən 1 ay sonra)  
  • Profilaktik skrininq müayinəsi

 Müayinənin nəticəsi  “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.

“müəyyən edildi”: araşdırılan bioloji materialda Chlamydia trachomatis-ə spesifik DNT fraqmenti;  Chlamydia trachomatis infeksiyası aşkarlanır.

“müəyyən edilmədi”: araşdırılan bioloji materialda Chlamydia trachomatis-ə spesifik DNT fraqmenti aşkarlanmır və ya nümunədəki törədicinin konsentrasiyasının testin həssaslıq həddindən daha aşağı olduğu aşkarlanır.