Ağrı sadəcə narahatlıq deyil-həyat keyfiyyətini aşağı salan,gündəlik fəaliyyəti məhdudlaşdıran və psixoloji gərginliyə səbəb olan ciddi bir problemdir. IV terapiya şiddətli ağrılara qarşı ən sürətli və təsirli vasitələrdən biridir.

İntravenoz terapiya:

  • Kəskin və dözülməz ağrılarda
  • Travma və əməliyyatlardan sonra
  • Xroniki iltihablı xəstəliklərdə
  • Artroz və oynaq zədələnmələrində ağrının səbəbinə qarşı tez təsir göstərir və xəstəyə rahatlıq gətirir.

Bu terapiya növü eyni zamanda orqanizmdə iltihabi prosesi azaldır,artroz və ya oynaq zədələnmələri halında ağrısız hərəkəti bərpa edir və ümumi vəziyyəti yaxşılaşdırır.

Ağrı sizi yavaşlatmasın – bədəninizin ritmini IV terapiya ilə geri qazanın!

 

  • Sürətli təsir:IV terapiya sayəsində dərmanlar birbaşa qan dövranına daxil olur, bu da onların təsirini ləngimədən göstərməsinə imkan verir. Ağrı hissi qısa müddətdə azalmağa başlayır və xəstə rahatlıq tapır.
  • Optimal doza:Damar yolu ilə tətbiq olunan dərmanlar daha dəqiq dozada verilir, bu da həm ağrının effektiv nəzarət altına alınmasına, həm də həddindən artıq doza riskinin qarşısının alınmasına şərait yaradır.
  • Kombinə olunmuş terapevtik təsir:IV terapiya yalnız ağrını azaltmaqla kifayətlənmir. Müalicəyə eyni zamanda iltihabəleyhinə, qaraciyər qoruyucu və ya digər dəstəkləyici preparatlar əlavə oluna bilər. Bu,ağrının səbəbinə yönəlmiş kompleks yanaşmanı mümkün edir.
  • Bütün orqanizmə geniş təsir:Bu terapiya yalnız lokal ağrılara deyil, sistematik ağrı vəziyyətlərinə də müsbət təsir göstərir. Xüsusilə bir neçə orqanda eyni anda ağrı müşahidə olunduqda, IV terapiya üstünlük qazanır.
  • Rahatlıq və uyğunluq:Peroral(ağız vasitəsi ilə) dərman qəbul etməkdə çətinlik çəkən xəstələr üçün IV terapiya ideal alternativdir. Bu üsul dərmanların heç bir narahatlıq hiss etmədən, təhlükəsiz və təsirli şəkildə qəbul edilməsinə imkan yaradır.
  • Sümüklərin, oynaqların və əzələlərin zədələnməsi nəticəsində yaranan problemlərin aradan qaldırılması
  • Xroniki ağrılar və oynaq ağrıları, iltihablı və ya degenerativ xəstəliklər nəticəsində baş verən ağrıların müalicəsi
  • Artrozun rentgenoqrafik göstəricilərində meydana gələn dəyişikliklər zamanı oynaq toxumasının bərpası və iltihabın azaldılması
  • Təsirə məruz qalan oynaqların hərəkətinin məhdudlaşması və ya əksinə, aşırı hərəkətliliyi zamanı müalicə məqsədilə tətbiqi