Anemiya: Orqanizmdə hemoqlobin konsentrasiyasının və ya eritrositlərin ümumi sayının normadan aşağı olması ilə xarakterizə olunan vəziyyətdir. Ən geniş yayılmış forması dəmir çatışmazlığı anemiyasıdır və bu vəziyyət əsasən orqanizmdə dəmir ehtiyatlarının azalması ilə əlaqədardır.

Klinik olaraq bu vəziyyət aşağıdakı simptomlarla özünü göstərə bilər:

  • Xroniki yorğunluq və zəiflik
  • Başgicəllənmə və təzyiqin enməsi
  • Konsentrasiya qabiliyyətində azalma
  • Dəri və selikli qişalarda solğunluq
  • Ümumi performans və həyat keyfiyyətinin pisləşməsi

Standart müalicə üsulu kimi peroral dəmir preparatlarının istifadəsi tövsiyə olunsa da, bəzi hallarda bu preparatlar orqanizm tərəfindən qeyri-kafi sorulur və ya gastrointestinal(həzm sisteminin fəaliyyəti ilə əlaqədar) yan təsirlər səbəbilə müalicənin davamlılığı mümkün olmur. Bu hallarda intravenoz dəmir terapiyası klinik cəhətdən əsaslı alternativ hesab olunur.

IV dəmir preparatları birbaşa qan dövranına daxil olaraq daha yüksək bioloji əlçatanlıq təmin edir və hematoloji göstəricilərdə daha sürətli və stabil yaxşılaşma ilə nəticələnir. Bu xüsusilə orta və ağır dərəcəli anemiyalar, qastrointestinal malabsorbsiya sindromları və ya uzunmüddətli oral müalicəyə cavab verməyən hallarda üstünlük təşkil edir.

Nəticə etibarilə, dəmir çatışmazlığı anemiyasının intravenoz dəmir preparatları ilə müalicəsi müasir protokollara uyğun,effektiv bir yanaşmadır.

 

  • Hemoqlobin və ferritin səviyyəsinin sürətli bərpasını təmin edir:Dəmirin birbaşa qan dövranına yeridilməsi hematoloji göstəricilərin daha qısa müddətdə normallaşmasına şərait yaradır.

  • Orqanizmin enerji səviyyəsini və fiziki müqavimətini artırır:Dəmirin optimal səviyyədə təmin olunması hüceyrədaxili oksigen daşınmasını gücləndirərək, ümumi funksional aktivliyi artırır.

  • Həzm sisteminə əlavə yük yaratmadan yüksək mənimsənilmə faizi təmin edir:IV tətbiq, mədə-bağırsaq traktını keçdiyi üçün peroral preparatlarda rast gəlinən qıcıqlanma və sorulma problemlərini aradan qaldırır.

  • Dərman mənimsənilməsi və ya həssaslıq problemi olan şəxslər üçün uyğun müalicə üsuludur:Peroral dəmir preparatlarına qarşı intolerans və ya təsirsizlik hallarında intravenoz tətbiq daha effektiv nəticələr verir.

  • Ağır dərəcəli anemiya hallarında belə yüksək terapevtik təsirə malikdir:Qısa zaman ərzində klinik və laborator göstəricilərdə nəzərəçarpacaq yaxşılaşma təmin edir.

  • Qan analizində hemoglobin və ferritin səviyyəsi aşağı olanlar;
  • Həzm sistemində dəmirin mənimsənilmə problemi olanlar (qastrit,kolit,çölyak və s.);
  • Hamiləlikdən əvvəl və ya sonra dəmir ehtiyacı artan qadınlar;
  • Cərrahiyyə öncəsi və sonrası qan ehtiyatı zəif olan pasiyentlər;
  • Vegetarian və ya balanssız qidalanma nəticəsində dəmir əskikliyi yaşayanlar.