Dərinin sağlamlığını və parlağlılığını qorumaq üçün nəm balansını təmin etmək əsas amillərdən biridir. Gün ərzindəmaye qəbulu nəmləndirmənin ən geniş yayılmış üsulu olsa da, dəriyə və ümumi rifaha daha sürətli və effektiv təsir göstərən müasir yanaşmalardan biri intravenoz (IV) terapiyadır.
IV terapiya dəri və bədən sağlamlığını dəstəkləyən ümumi bir terapevtik yanaşmadır.
Bu terapiya zamanı mayelər, vitaminlər və minerallarla zəngin xüsusi məhlullar birbaşa qan dövranına daxil olur, bu isə maddələrin toxumalara daha sürətli və effektiv şəkildə çatmasını təmin edir. Həzm sistemini keçmədiyindən sorulma itkisi olmur və nəticə qısa zamanda hiss edilir.
Əvvəllər ağır maye itkisi və qida çatışmazlıqlarının müalicəsi üçün istifadə edilən bu metod, bu gün artıq estetik tibbdə, dəri nəmləndirilməsi və ümumi bədən balansının bərpası üçün də geniş şəkildə tətbiq olunur.
- Dərinin elastikliyini və dolğunluğunu artırır;
- İncə qırışların görünüşünü azaldır;
- Dəri daha təmiz və parlaq tonda olur;
- Ətraf mühit təsirlərinə qarşı daha güclü dəri baryeri yaradır;
- Dəri hüceyrələri daha effektiv qidalanır;
- Zərərli maddələr və toksinlər daha sürətli şəkildə bədəndən xaric olur.
- Dərinin quruluğu, solğunluğu və rəng bərabərsizliyindən şikayətlənən şəxslər;
- Uzunmüddətli və ağır formada akne, sızanaq və iltihabi dəri problemləri yaşayanlar;
- Ekzema, psoriaz və digər xroniki dəri xəstəliklərindən əziyyət çəkənlər;
- Dərinin elastikliyini və gənc görünüşünü itirmiş, yaşlanma əlamətləri artan şəxslər;
- Gərgin həyat tərzi keçirən, çirklənmiş mühitdə və ya stresli iş şəraitində çalışan insanlar;
- Müntəzəm dəriyə qulluq edən, lakin gözlənilən effekti əldə etməyən şəxslər.