DETOX böyrək (nefropatiya)

229 Azn

Zülal çatışmazlığı və elektrolit pozğunluqları tez-tez xəstələrdə halsızlıq, qanazlığı (anemiya) və ümumi zəifliklə özünü göstərir. Bu terapiya orqanizmdə zülal balansını bərpa etməyə kömək edir, həmçinin hüceyrə səviyyəsində bərpaedici və qoruyucu təsir göstərir.

Müalicə anabolik (toxumaların qurulmasını və güclənməsini təşviq edən), regenerasiyaedici (bərpaedici), antihipoksik (oksigen çatışmazlığının qarşısını alan) və antioksidant xüsusiyyətlərə malikdir. Eyni zamanda damarların daxili qatı olan endotel hüceyrələrinin sağlamlığını dəstəkləyir və damar sisteminin qorunmasına töhfə verir. Yağların orqanizmdə düzgün şəkildə parçalanmasına kömək edərək trigliserid səviyyəsini azaldır və damar zədələnmələri ilə mübarizədə istifadə olunur.

Hüceyrə daxilində mitoxondrilərin fəaliyyətini yaxşılaşdıraraq enerji istehsalını artırır. ATP adlanan əsas enerji molekulunun sintezini stimullaşdırır, nəticədə toxumalar oksigeni daha effektiv istifadə edir və ümumi enerji səviyyəsi yüksəlir. Bu da xüsusilə enerji çatışmazlığı, maddələr mübadiləsi pozğunluqları və xroniki yorğunluq yaşayan xəstələr üçün əhəmiyyətlidir.

Bu terapiya eyni zamanda Xroniki Böyrək Xəstəliyi olan şəxslərdə maddələr mübadiləsinin tənzimlənməsi və orqanizmin ümumi yükünün azaldılması məqsədilə tövsiyə olunur.

  • Toxuma tənəffüsünü yaxşılaşdırır;
  • Zülal, dəmir, vitamin və mikroelement balansını bərpa edir;
  • Oksigen çatışmazlığını azaldır;
  • Elektrolit balansını sabitləşdirir;
  • Ödem və təzyiqin azalmasına dəstək olur;
  • Böyrək funksiyalarını qoruyur və bərpa prosesini sürətləndirir.
  • Xroniki böyrək çatışmazlığı;
  • Diabetik nefropatiya;
  • Hipertenziv nefropatiya(yüksək təzyiq fonunda böyrək zədələnməsi);
  • Toksiki nefropatiyalar(dərman və ya zəhərli maddələrə bağlı böyrək zədələnməsi);
  • Nefrotik sindrom;
  • Post-infeksion böyrək zədələnmələri (məsələn, streptokokk sonrası);
  • Elektrolit disbalansı və metabolik asidoz.