Damardaxili detoksifikasiya -orqanizmin toksin yükündən təmizlənməsi məqsədilə tətbiq olunan xüsusi IV terapiya növüdür. Bu metod bədənə daxil olan zərərli maddələrin sürətli şəkildə xaric edilməsinə və ümumi sağlamlığın bərpasına yönəlib. Müalicə zamanı qan dövranına birbaşa yeridilən xüsusi mayelər tərkibində müxtəlif vitaminlər, minerallar, amin turşuları və digər faydalı komponentləri birləşdirir.
Detoksifikasiya terapiyası orqanizmin dərin təmizlənməsinə kömək etməklə yanaşı, xroniki yorğunluq hissini azaldır, tez yorulmanın qarşısını alır və fiziki-əqli dözümlülüyü artırır. Bu terapiya eyni zamanda maddələr mübadiləsini stimullaşdıraraq artıq çəkinin tənzimlənməsinə dəstək verir.
Ümumi cavanlaşdırıcı təsiri sayəsində dərinin canlılığını və elastikliyini artırır, pigment ləkələrinin görünüşünü zəiflədir, məsamələri daraldaraq dəri strukturunun hamar və sağlam görünməsini təmin edir.
- Toksinlər, ağır metallar və toksiki təsili maddələrdən sürətli və effektiv şəkildə təmizlənməyə kömək edir;
- Orqanizmin güc və enerji balansını təmin edir, immun sistemini gücləndirir.
- Stressi azaldır, hüceyrələrin funksiyasını yaxşılaşdırır və ümumi bədən sağlamlığını müsbət təsir göstərir.
- Qaraciyərin daha yaxşı işləməsinə və toksinlərin sürətli şəkildə bədəndən atılmasına kömək edir.
- Davamlı yorğunluq, halsızlıq və enerji çatışmazlığından əziyyət çəkən şəxslər;
- Dəri problemləri yaşayan və dəri sağlamlığını daxildən dəstəkləməklə yaxşılaşdırmaq istəyənlər;
- İmmun sistemini gücləndirmək və infeksiyalara qarşı müqaviməti artırmaq istəyənlər;
- İdmanla məşğul olan və bədəninin bərpa prosesini sürətləndirmək istəyən fiziki aktiv insanlar;
- Baş ağrıları, miqren və stressdən əziyyət çəkənlər;
- Orqanizmin toksinlərdən təmizləyici orqanları-qaraciyər və böyrək funksiyalarını dəstəkləmək istəyənlər;
- Spirtli içkilər, dərman vasitələri və ya zərərli vərdişlərdən sonra bədənini toksinlərdən təmizləmək istəyənlər.