Detox IV terapiyası bədənin daxildən təmizlənməsi, yaşla əlaqəli hüceyrə zədələnmələrinin azaldılması, qaraciyər funksiyalarının dəstəklənməsi və iltihabi proseslərin yüngülləşdirilməsi məqsədilə hazırlanmış xüsusi damardaxili müalicə protokoludur.

Bu terapiya nəticəsində orqanizmdə toplanan toksinlər xaric edilir, bədən isə daha sağlam, enerjili və balanslı şəkildə fəaliyyət göstərir. Maddələrin birbaşa qan dövranına daxil olması onların təsirini sürətləndirir və yüksək effektivlik təmin edir.

Detoks kokteyli aşağıdakı məqsədləri daşıyır:

  • Hüceyrə səviyyəsində dərin təmizlənmə və bərpa;
  • Qaraciyərin detoksifikasiya və maddələr mübadiləsi funksiyalarının gücləndirilməsi;
  • Oksidativ stressin azaldılması və antioksidant müdafiənin artırılması;
  • İltihabi reaksiyaların qarşısının alınması;
  • Ümumi enerji səviyyəsinin və həyat keyfiyyətinin yüksəldilməsi.

Detox IV terapiyası sadəcə bir müalicə deyil, orqanizmin yenilənməsi üçün atılmış güclü və məqsədyönlü bir addımdır. Sağlamlıq və canlılığı içəridən dəstəkləmək istəyənlər üçün effektiv həll yoludur.

Bədəninizi daxildən təmizləyin, enerjinizi yenidən kəşf edin!

  • Bədəndə yığılan zərərli maddələrin və toksinlərin təmizlənməsinə kömək edir;
  • Qaraciyərin təbii filtrləmə və detoksifikasiya funksiyalarını aktiv şəkildə dəstəkləyir;
  • Dəridə parlaqlıq və təravət yaradır, ümumi görünüşü canlandırır;
  • Həzm sisteminin fəaliyyətini tənzimləyir, maddələr mübadiləsini və enerji səviyyəsini yüksəldir;
  • Güclü antioksidant tərkibi ilə hüceyrənin yaşlanma əlamətlərini yavaşladır.
  • Qaraciyərində ağırlıq, həzm çətinliyi və ya ümumi narahatlıq hiss edən, aktiv funksiyasını dəstəkləmək istəyənlər;
  • Dərinin rəngsiz,solğun görünməsi,davamlı yorğunluq və enerjisizlik kimi şikayətləri olan şəxslər;
  • Siqaret, alkoqol və ya uzunmüddətli dərman istifadəsi nəticəsində bədənində toksin yığılma riski yüksək olanlar;
  • Gündəlik olaraq hava çirklənməsi, stress və digər ətraf mühit  faktorlarnın neqativ təsirləri  ilə qarşılaşanlar;
  • Estetik və invaziv prosedurlardan sonra bədənini daxildən gücləndirmək və əvvəlki funksiyanı bərpa etmək istəyənlər;
  • Daha sağlam, balanslı və enerjili həyat tərzinə doğru addım atmaq istəyən şəxslər.