Ketonlar bədənimizdə enerji ehtiyacını qarşılamaq üçün yaranan alternativ maddələrdir. Normal şəraitdə bədənimiz enerjini əsasən karbohidratlardan əldə edir. Lakin karbohidratların miqdarı azaldıqda, məsələn, uzun müddətli aclıq, insulin çatışmazlığı zamanı və ya karbohidratla məhdud pəhrizlərə (keto pəhrizi kimi) riayət edildikdə- orqanizm enerji üçün yağları parçalamağa başlayır. Bu prosesin nəticəsində keton cisimcikləri yaranır.

Əgər ketonların səviyyəsi orqanizmdə nəzarətsiz şəkildə artarsa, bu hal ketoasidoz adlandırılır və ciddi tibbi müdaxilə tələb edir. Xüsusilə şəkərli diabet (Tip1)xəstələrində və bəzi hallarda hamilə qadınlarda bu hal həyati təhlükə yarada bilər.

Ketoasidozun əsas səbəbləri:

  • Uzun müddət aclıq və ya qeyri-kafi qidalanma;
  • İnsulin qəbul etməyən və ya qeyri-düzgün dozalarda istifadə edən şəkərli diabet xəstələri;
  • Karbohidrat azlığı olan pəhrizlər (xüsusilə keto pəhrizləri);
  • Uzunmüddətli qusma və ishal nəticəsində yaranan maye və elektrolit itkisi.

IV Terapiya ilə ketonların yuyulması: Necə tətbiq olunur?

Keton səviyyəsinin sürətlə azaldılması üçün istifadə olunan IV terapiya, damar yolu ilə birbaşa bədənə lazımi maddələrin verilməsini təmin edir. Bu müalicə metodu xəstənin vəziyyətinə görə fərdi şəkildə tərtib edilir və həkim nəzarəti altında həyata keçirilir.

1. Qlükoza ilə enerji təminatı:

Keton istehsalının qarşısını almaq üçün bədənə karbohidrat mənbəyi-qlükoza məhlulu verilir. Bu, həm ketonların yaranmasını dayandırır, həm də orqanizmin enerji ehtiyacını qarşılayır. Qlükoza damar yolu ilə birbaşa qan axınına daxil olaraq, hüceyrələrə dərhal təsir edir.

2. Elektrolit balansının bərpası:

Ketoasidoz zamanı yalnız enerji deyil, həm də elektrolitlər-xüsusilə kalium, natrium və maqnezium balansı da pozulur. Bu səbəbdən, IV terapiya çərçivəsində həmin elektrolitlərin səviyyəsi nəzarət altında saxlanılır və zərurət olduqda əlavə olaraq bədənə verilir. Bu, ürək ritminin, sinir keçiriciliyinin və əzələ funksiyalarının normal işləməsi üçün vacibdir.
Əgər sizdə və ya yaxınlarınızda keton yığılmasına işarə edən əlamətlər varsa – başgicəllənmə, ağızdan aseton iyi, qusma, halsızlıq və enerji çatışmazlığı – vaxtında həkimə müraciət etmək və lazım gəldikdə IV terapiya qəbul etmək sağlamlığın qorunması baxımından son dərəcə vacibdir.

• Qlükoza və elektrolitlər birbaşa qan dövranına daxil olur, bu da keton səviyyəsinin qısa müddətdə azalmasına kömək edir;
• Şüur pozulması, ciddi susuzluq (dehidratasiya), ürək ritm pozğunluğu  kimi təhlükəli vəziyyətlərin qarşısı alınır;
• Enerji səviyyəsi yüksəlir, maye və elektrolit balansı normallaşır;
• Müalicə peşəkar tibbi heyətin nəzarəti altında aparıldığından təhlükəsizlik səviyyəsi yüksəkdir.
 

  • Keton səviyyəsi yüksəlmiş şəkərli diabet xəstələri, xüsusilə qanda şəkərin qeyri-sabit olduğu hallarda;
  • Keto pəhrizinə riayət edən şəxslər, halsızlıq, başgicəllənmə, ağızda və nəfəsdə aseton iyi kimi əlamətlər müşahidə olunduqda;
  • Hamilə qadınlar, xüsusilə səhərlər qusma və iştahsızlıq nəticəsində keton səviyyəsinin artdığı hallarda;
  • Uşaqlar və yaşlılar, qusma, ishal və maye çatışmazlığı ilə müşayiət olunan, susuzluq və enerji itkisi yaşayan hallarda.