Обследования
Обследования
həddən artıq bədən kütləsi(Bədən Kütləsi İndeksi >25 kq/m2 | Şəkərli diabetdən əziyyət çəkən yaxın qohumlar | Vaxtından qabaq doğuş,həddən artıq bədən kütləsi ilə(4.5 kq artıq), anadangəlmə qüsurlar,ölü döl ilə nəticələnən hamiləliklərdə olan qadınlarda |
45 yaşdan yuxarı olan xəstələr | Metabolik sindrom | Qara ciyərin xroniki xəstəlikləri |
Ateroskleroz,podaqra | Yumurtalıqların polikistozu | Etiologiyası müəyyən olmayan neyropatiyalar |
Diuretiklərin,qlükokortikoidlərin, sintetik estrogenlərin uzun müddətli qəbulu. | Xroniki parodontoz və furunkulyez | Aşağı fiziki aktivlik |
Anamnezində aclıq qlikemiyası və yaxud qlükozaya tolerantlığın pozulması | Müxtəlif mənşəli arterial hipertenziya,müxtəlif ürək-damar xəstəlikləri. | Lipid mübadiləsinin pozulması HDL<0.9 mmol/l,triqleseridlər >2.82 mmol/l |
Testin aparılması təkrarən qanda qlükozanın konsentrasiyası diaqnostik həddən yuxarı olması(7 mmol/l) məqsədəuyğun deyil.Qlükozanın ac qarına 11 mmol/l-dən yuxarı olan xəstələrdə testin aparılması əksgöstərişdir(o cümlədən yaxınlarda cərrahi əməliyyat keçirilmiş,miokardın infarktı və doğuş keçirən xəstələrdə).Həkimin göstərişi ilə test C-peptidin ac qarına və yükləmədən 2 saat sonra insulinin sekretor rezervini qiymətləndirilməsi üçün aparıla bilər.
Şəkərli diabet və qlikemiyanın digər pozulmaların diaqnostik kriteriyalar(ÜST ,1999-2013).
Müayinə vaxtı | Qlükozanın konsentrasiyası(venoz plazma), mmol/l |
Norma | |
Ac qarına | < 6,1 |
PQTT-dan 2 saat sonra | < 7,8 |
Şəkərli diabet | |
Ac qarına | ≥ 7,0 |
PQTT-dan 2 saat sonra | ≥ 11,1 |
Qlükozaya tolerantlığın pozulması | |
Ac qarına | < 7,0 |
PQTT-dan 2 saat sonra | ≥ 7,8 и < 11,1 |
Ac qarına qlikemiyanın pozulması | |
Ac qarına | ≥ 6,1 və < 7,0 |
PQTT-dan 2 saat sonra | < 7,8 |
Hestasiyon şəkərli diabet | |
Ac qarına | ≥ 5,1 и < 7,0 |
PQTT-dan 2 saat sonra | ≥ 8,5 и <11,1 |
Qlükozaya tolerantlığın pozulmaların səbəbləri
Artmış tolerantlıq | Azalmış tolerantlıq |
Bağırsaqdan absorbsiyanın az sürəti: -hipokortisizm -ikincili böyrəküstü vəzilərin hipofunksiyası ilə olan hipopituitarizm -bağırsaq xəstəlikləri(steatoreya,spru,tuberkulyoz enterit,Uill xəstəliyi) -hipotireoz İnsulinin həddən artıq sekresiyası -insulinoma -mezidioblastoma | Bağırsaqdan absorbsiyanın yüksək sürəti: -qlükozanın qida ilə artıq qəbulu -hipertireoz -qastroektomiya,qastroenterostomiya,vaqotomiyadan sonrakı vəziyyət -on iki barmaq bağırsaqın xorası Artmış qlikogenoliz və qlükoneogenez: -hipertireoz -emosional gərginlik və yaxud feoxromasitoma ilə əlaqəli böyrəküstü vəzilərin hiperfunksiyası. -infeksiya ilə əlaqəli toksemiya -hamiləlik Daxil olmuş qlükozadan qlikogenin əmələ gəlmə mümkünsüzlüyü -qara ciyər zədələnməsi -qlikoqenozlar Toxumaların qlükozanı işlətməsinin imkan olmaması: -pre diabet,şəkərli diabet,steroidli diabet -beyin travmaları və hipotalamik zonasının zədələnməsi və yaxud sıxılması ilə əlaqəli olan kəllə daxili proseslər(belə hallarda qlükoza səviyyəsi qeyri-adi dərəcədə yüksək olur,və yavaş-yavaş ac qarına səviyyəsinə düşü. |
İkiqat qlükoza ilə yükləmə testi(Ştaub-Trauqot sınaqı),vena daxili qlükoza,kortizon və prednizolon-qlükoza sınaqı xəstədə karbohidrat mübadiləsinin vəziyyətini qiymətləndirməyə,və bir sıra hallarda onun erkən pozulmaları aşkar etməyə imkan verir.Lakin bu testlər şəkərli diabetin diaqnozu təstiqləməyə istifadə oluna bilməz.Onların qiymətləndirmə kriteriyaların rəsmən olmadığı səbəbindən.
Обследования