Sadə herpes virusu I və II herpes virusları arasında ən çox rast gəlinənidir.  Polimeraza zəncirvari reaksiyası (PZR) vasitəsilə biomaterialda virusların DNT-si təyin olunur.  Sadə Herpes virusu  yoluxucudur və selikli qişalarda kiçik vezikulların formalaşmasına səbəb olur. Vezikullar partladıqda yerində açıq yaralar əmələ gəlir.  HSV-1  zamanı vezikullar əsasən  ağız ətrafında, HSV-2 zamanı isə cinsi orqanlar ətrafında formalaşır.

Sadə herpes virusu ilə dəri təması, vezikulalarla kontakt və bəzən hətta virusla görünən zədələnmə ocaqları olmadan da yoluxmaq olar.  HSV-2 əsasən cinsi yolla yoluxur, lakin HSV-1 də cinsi yolla keçə bilər( məsələn oral cinsi əlaqə zamanı).  Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən yetkin əhalinin 50-80%-i HSV-1, 20%-i isə HSV-2 ilə yoluxmuşdur.  Simptomlar çox nəzərə çarpmadığı üçün  HSV-2 ilə yoluxan insanların 90%-i yoluxduğunu ümumiyyətlə yoluxduğundan məlumatsız olur.

Virus orqanizmə daxil olub yayıldıqdan sonra latent formada olur. Stress və immuniteti zəiflədən digər xəstəliklər zamanı aktivləşir.  Herpesin ağırlaşmalarına ensefalit, nevroloji xəstəliklər aiddir

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Xüsusi bir hazırlıq tələb olunmur.
  • Hamiləliyə hazırlıq
  • Bətndaxili infeksiya əlamətləri
  • İİV infeksiyası
  • İmmundefisit vəziyyət
  • Urogenital infeksiyaların differensial diaqnostikası
  • Cinsi orqanlar ətrafında yanğı hissi, ödem, ağrı
  • Ağrılı sidik ifrazı
  • Profilaktik skrininq müayinəsi

Pozitiv nəticə

Orqanizm virusa yoluxmuşdur. Nəticə, tədqiqat zamanı müəyyən edilmiş genetik materialın miqdarından asılı olaraq dəyərləndirilir

Neqativ nəticə

Cinsiyyət orqanlarının herpes virusu ilə yoluxmaması.

Qeyd: Analiz keyfiyyət olaraq yoxlanılır