Müayinələr
Müayinələr
Sadə herpes virusu I və II herpes virusları arasında ən çox rast gəlinənidir. Polimeraza zəncirvari reaksiyası (PZR) vasitəsilə biomaterialda virusların DNT-si təyin olunur. Sadə Herpes virusu yoluxucudur və selikli qişalarda kiçik vezikulların formalaşmasına səbəb olur. Vezikullar partladıqda yerində açıq yaralar əmələ gəlir. HSV-1 zamanı vezikullar əsasən ağız ətrafında, HSV-2 zamanı isə cinsi orqanlar ətrafında formalaşır.
Sadə herpes virusu ilə dəri təması, vezikulalarla kontakt və bəzən hətta virusla görünən zədələnmə ocaqları olmadan da yoluxmaq olar. HSV-2 əsasən cinsi yolla yoluxur, lakin HSV-1 də cinsi yolla keçə bilər( məsələn oral cinsi əlaqə zamanı). Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən yetkin əhalinin 50-80%-i HSV-1, 20%-i isə HSV-2 ilə yoluxmuşdur. Simptomlar çox nəzərə çarpmadığı üçün HSV-2 ilə yoluxan insanların 90%-i yoluxduğunu ümumiyyətlə yoluxduğundan məlumatsız olur.
Virus orqanizmə daxil olub yayıldıqdan sonra latent formada olur. Stress və immuniteti zəiflədən digər xəstəliklər zamanı aktivləşir. Herpesin ağırlaşmalarına ensefalit, nevroloji xəstəliklər aiddir
Pozitiv nəticə
Orqanizm virusa yoluxmuşdur. Nəticə, tədqiqat zamanı müəyyən edilmiş genetik materialın miqdarından asılı olaraq dəyərləndirilir
Neqativ nəticə
Cinsiyyət orqanlarının herpes virusu ilə yoluxmaması.
Qeyd: Analiz keyfiyyət olaraq yoxlanılır
Müayinələr