İGF( insulinəbənzər boy faktoru)

36 Azn

İnsulinəbənzər boy hormonu (IGF-1) boy hormonunun sintezini dəyərləndirmək üçün ən yaxşı markerlərdən biridir.  Qan plazmasında  somatomedinin normal səviyyəsi somatotrop hormonunun çatışmazlığını inkar edir. 

Bu hormon ona görə insulinəbənzər adlanır ki,  insulin kimi qlükozanın əzələ və yağ toxuması  tərəfindən məsimsənilməsini stimulə edir. IGF-1 daha çox qaraciyərdə sintez olunur. Orqanizmin böyüməsi və inkişafında, bir-çox hüceyrələrin normal funksiyasının təmin edilməsində iştirak edir.  Ən vacib effektlərindən birir sümüklərin uzununa inkişafını  stimulə etməsidir.  Qanda dövr edən IGF-1 həmçinin insulinə həssaslığı artırır.  IGF-1-in miqdarının azalması  isə insulinə rezistentliklə assosiasiya olunur. Hazırda IGF-1-in kanserogenezdə rolu öyrənilir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.

Diqqət! Analiz kəskin xəstəlik zamanı yoxlanmamalıdır.

  • Böyümə pozğunluğunun diaqnostikası
  • Akromeqaliya və cırtdanboyluluğun müalicəsinin monitorinqi
  • Maddələr mübadiləsinin dəyişməsinin qiymətləndirilməsi

IGF-1  səviyyəsinin yüksəlməsi

  • Akromeqaliya
  • Kuşinq sindromu
  • Böyrək çatışmazlığı
  • Bəzi dərman maddələrinin istifadəsi (androgenlər,  klonidin, deksametazon)

IGF-1 səviyyəsinin azalması

  • Cırtdanboyluluq
  • Hipopituitarizm
  • Hipotireoidizm
  • Aclıq
  • Anoreksiya
  • Emosional deprivasiya sindromu
  • Laron cırtdanboyluluğu
  • Qaraciyər sirrozu və digər hepatosellülar xəstəliklər
  • Kəskin xəstəliklər
  • Estrogen, tamoksifen qəbulu