Müayinələr
Müayinələr
İnsulinəbənzər boy hormonu (IGF-1) boy hormonunun sintezini dəyərləndirmək üçün ən yaxşı markerlərdən biridir. Qan plazmasında somatomedinin normal səviyyəsi somatotrop hormonunun çatışmazlığını inkar edir.
Bu hormon ona görə insulinəbənzər adlanır ki, insulin kimi qlükozanın əzələ və yağ toxuması tərəfindən məsimsənilməsini stimulə edir. IGF-1 daha çox qaraciyərdə sintez olunur. Orqanizmin böyüməsi və inkişafında, bir-çox hüceyrələrin normal funksiyasının təmin edilməsində iştirak edir. Ən vacib effektlərindən birir sümüklərin uzununa inkişafını stimulə etməsidir. Qanda dövr edən IGF-1 həmçinin insulinə həssaslığı artırır. IGF-1-in miqdarının azalması isə insulinə rezistentliklə assosiasiya olunur. Hazırda IGF-1-in kanserogenezdə rolu öyrənilir.
Diqqət! Analiz kəskin xəstəlik zamanı yoxlanmamalıdır.
IGF-1 səviyyəsinin yüksəlməsi
IGF-1 səviyyəsinin azalması
Müayinələr