Neyropatiya + encefalopatiya

89 Azn

Neyropatiya və ensefalopatiya kimi sinir sistemi pozğunluqları insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Bu vəziyyətlər adətən xroniki yorğunluq, ətraflarda keyimə və iynələnmə hissi, baş ağrıları, yaddaş zəifləməsi və hərəkət koordinasiyasının pozulması ilə müşayiət olunur.

Müasir yanaşmalardan biri olan intravenoz (IV) terapiya sinir sisteminin funksional vəziyyətinin yaxşılaşdırılmasına dəstək verir. Bu terapiya vasitəsilə vitaminlər, minerallar, antioksidantlar və neyroprotektiv maddələr birbaşa qan dövranına daxil olur. Nəticədə sinir toxumalarının qidalanması bərpa edilir, beyin və periferik sinirlərin qan təchizatı yaxşılaşır və hüceyrə səviyyəsində bərpa prosesi stimullaşır. Bu, həm simptomların yüngülləşməsinə, həm də sinir hüceyrələrinin uzunmüddətli qorunmasına şərait yaradır.

Neyropatiya – periferik sinir sisteminin zədələnməsi ilə xarakterizə olunan bir haldır. Əsasən ətraflarda keylik, yanğı, iynələnmə hissi, ağrı və əzələ zəifliyi ilə özünü göstərir. Bu pozğunluq şəkərli diabet, B qrupu vitaminlərin çatışmazlığı, toksinlərin təsiri və ya bəzi infeksiyalardan sonra inkişaf edə bilər.

Ensefalopatiya – beynin funksional və ya struktur zədələnməsidir. Səbəblərinə oksigen çatışmazlığı, qan dövranı pozğunluğu, toksin yüklənməsi, travmalar və maddələr mübadiləsinin pozulması daxildir. Ensefalopatiya hallarında pasiyentlərdə əsəbilik, yuxu pozuntusu, yaddaş zəifləməsi, başgicəllənmə və ümumi zehni funksiyalarda zəifləmə müşahidə oluna bilər.

IV terapiya bu cür pozğunluqlarda təkcə əlamətlərin aradan qaldırılmasına deyil, eyni zamanda orqanizmin sinir sistemini hüceyrə səviyyəsində dəstəkləməsinə xidmət edir.

  • Beyin və sinir toxumalarının qan dövranını yaxşılaşdırır :Tərkibindəki damar genişləndirici  preparatlar sayəsində beynin və periferik sinirlərin qan təchizatı güclənir, hüceyrə səviyyəsində qidalanma və oksigenlənmə yaxşılaşır.
  • B qrup vitaminlərinin çatışmazlığını aradan qaldırır: Xüsusilə B1, B6 və B12 vitaminləri sinir sisteminin sağlam fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır. İnfuziya vasitəsilə bu vitaminlərin bədəndəki səviyyəsi tez bir zamanda normaya salınır və funksional dəstək təmin olunur.
  • Antioksidant müdafiəni gücləndirir :Qlütation, alfa-lipo turşusu və C vitamini kimi güclü antioksidantlar sinir hüceyrələrini oksidativ stressin və sərbəst radikalların zədələyici təsirindən qoruyur, hüceyrə membranlarını sabit saxlayır.
  • Detoksikasiya və maddələr mübadiləsinin normallaşdırılması:Amin turşuları, hepatoprotektorlar və mikroelementlərdən ibarət infuzion məhlullar qaraciyərin fəaliyyətini dəstəkləyir, toksinlərin orqanizmdən xaricinə və metabolik balansın bərpasına kömək edir.
  • Şəkərli diabet fonunda inkişaf etmiş periferik neyropatiyası olan şəxslər;
  • Xroniki yorğunluq, başgicəllənmə, qulaqlarda səs-küy kimi narahatedici əlamətlər yaşayan pasiyentlər;
  • İnsult və ya kəllə-beyin travması keçirmiş, nevroloji bərpaya ehtiyacı olan şəxslər;
  • Alkoqol və ya toksiki maddələrin təsiri ilə yaranan ensefalopatiyadan əziyyət çəkənlər;
  • Yaddaş zəifləməsi, diqqət pozğunluğu və digər idrak problemləri müşahidə olunan yaşlılar;
  • Virus və ya bakterial infeksiyalardan (məsələn, COVID-19) sonra reabilitasiya mərhələsində olan pasiyentlər.