Tərləmə niyə baş verir?
Tərləmə, bədənimizin özünü soyutması və temperaturu sabit saxlamaq üçün təbii bir müdafiə mexanizmidir. Fiziki fəaliyyət, isti hava və ya stress zamanı tər vəzləri maye çıxarır, bu maye dərinin səthində buxarlanaraq bədən istiliyini azaldır. Tərləmə həmçinin bədənimizdə toksinlərin xaric olmasına da kömək edir. Bununla yanaşı, emosional hallar, qorxu, həyəcan və hətta müəyyən xəstəliklər də tərləməni artıra bilər. Tərləmə normal halda faydalı olsa da, həddindən artıq tərləmə həyat keyfiyyətini azalda bilir və sağlamlıq problemi kimi qiymətləndirilir.
Həddindən artıq tərləmənin səbəbləri
Həddindən artıq tərləmə (hiperhidroz) iki əsas kateqoriyaya bölünür: primar və sekundar hiperhidroz.
Primar hiperhidroz daha çox genetik faktorlarla əlaqəlidir və ən çox əllər, ayaqlar, qoltuqaltılar və üz bölgəsində müşahidə olunur. Bu vəziyyətdə tər vəzləri simpatik sinir sisteminin həddindən artıq aktivliyi nəticəsində daha çox tər ifraz edir.
Sekundar hiperhidroz isə müxtəlif tibbi problemlər və ya dərmanların təsiri ilə ortaya çıxır. Sekundar hiperhidrozun səbəbləri arasında hormonal balanssızlıq (menopauza, tiroid problemləri), diabet, stress, bəzi sinir sistemi xəstəlikləri və infeksiyalar (məsələn, tuberkulyoz) yer alır. Bu tip tərləmə adətən bütün bədəni əhatə edir və əsas səbəb müalicə edildikdə azalır.
Əgər çox tərləmənin səbəblərini bilmək istəyirsinizsə, Sağlam Ailə-nin peşəkar həkim kollektivinə etibar də bilərsiniz. Düzgün müayinə və müayinə nəticəsində bu problemdən azad olacaqsınız.