HPV 16 və 18 insan papilloma virusunun ən riskli və təhlükəli növləridir.
Bu viruslar uşaqlıq boynu xərçənginə səbəb olmaqla yanaşı anogenital xərçənglər və orofaringeal xərçəngin yaranmasına da səbəb olur.
Yoluxma əsasən cinsi əlaqə və yoluxmuş şəxslə təmas zamanı baş verir. Hətta simptomlar olmasa belə, virus bədənə mikrozədələr vasitəsilə daxil ola bilər.
Kimlər risk altındadır?
- Patoloji Pap test nəticəsi olanlar
- Qorunmasız cinsi əlaqədə olanlar
- İmmuniteti zəif olanlar
- Siqaret çəkən qadınlar
- HPV ilə yoluxmuş partnyoru olanlar
HPV əksər hallarda simptomsuz irəliləyir. Bu səbəbdən, əgər siz xüsusi risk qrupuna daxilsinizsə, mütləq şəkildə virusu zamanında aşkarlamaq üçün HPV testindən keçməli və ginekoloqa müraciət etməlisiniz.
30 sentyabr tarixinə qədər Sağlam Ailə Tibb Mərkəzində HPV 16 və 18 növlərinin təyini üçün endirimli analiz imkanından yararlana bilərsiniz.
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
(012) 910
WhatsApp: (055) 4000 910
www.saglamaile.az